CƏMİYYƏT
Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər VİDEO
Bakı, 20 aprel, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, DGK-nın Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.