65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə məsələsinə dair qərar mayın 11-dən sonra veriləcək VİDEO
Bakı, 1 may, AZƏRTAC
Hazırda 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır.
AZƏRTAC xəbər verir ki, bunu mayın 1-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı mayın 11-dən sonra qərar qəbul edilməsi planlaşdırılır.