Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Qazax, 11 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndinin ərazisində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, kənd ərazisində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən hələlik kimliyi məlum olmayan şəxsi vurub. Ağır xəsarət alan piyada yerindəcə dünyasını dəyişib.
Hadisədən bir müddət sonra sürücü, Şəmkir rayon Düyərli kənd sakini 32 yaşlı Röyal İmanovun qəfil halı pisləşib. Dərhal ona təcili tibbi yardım çağırılıb. Bütün zəruri tədbirlərə baxmayaraq, sürücü ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.