Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidin xanımı: Sonuncu dəfə danışanda tövsiyələr verirdi, sən demə, bizə vəsiyyəti imiş... VİDEO

Astara, 25 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC

O, haqq savaşımızın başlayacağı günü, torpaqlarımızın düşmən işğalından azad olunması üçün veriləcək əmri səbirsizliklə gözləyən ehtiyatda olan zabitlərimizdən biri idi. Onun peşəkarlığı və döyüş hazırlığı Vətən müharibəsində rəşadətli Ordumuza böyük zəfərlər qazandırdı. Söhbət Vətən müharibəsində qəhrəmanlığı ilə tarix yazaraq şəhid olan polkovnik-leytenant Nail Orucovdan gedir. Əməkdaşımız ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan cəsur zabitimizin ailəsində olub.

AZƏRTAC xəbər verir ki, Nail Rəfail oğlu Orucov rəşadətli Ordumuzun zəfərlə bitirdiyi Vətən müharibəsində xüsusi qəhrəmanlıq dastanı yazan igidlərimizdən biridir. 1978-ci il iyunun 11-də Astara rayonunun Məscidməhəllə kəndindən dünyaya göz açan Nail 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsilini davam etdirən qəhrəmanımız savadlı hərbçi kimi burada özünü daha da təkmilləşdirir. O, 1999-2016-cı illərdə Gədəbəy, Qusar, Goran, Ağdam, Füzuli və Ağcabədi rayonlarında yerləşən hərbi hissələrdə şərəflə xidmət edir.

Murovdağ qartalı Raquf Orucovla uzun illər birlikdə xidmət edən Nail Aprel döyüşlərində onun şəhid olmasından çox təsirlənir. Həmin il ordudan tərxis olunsa da, ehtiyatda olan polkovnik-leytenantın ürəyi Vətənlə döyünürdü. 2020-ci ilin iyulunda Tovuz istiqamətində işğalçı Ermənistan ordusunun növbəti təxribatları nəticəsində general-mayor Polad Həşimov və bir neçə zabitimizin şəhid olması xəbəri Naili düşmənə qarşı daha da hiddətləndirir. Bu hadisələrdən sonra o, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edir, müharibə olarsa, təcrübəli zabit kimi döyüşlərdə iştirak etməsini istəyir.

Sentyabrın 27-si Azərbaycanın cəsur övladlarının arzuladığı Vətən müharibəsi başlayır, Nail uzun illərdir gözlədiyi hücum əmrinin verilməsi ilə hər iki arzusuna çatır. Həm Qarabağ düşmən işğalından azad olur, həm də o, Raquf Orucovun, Polad Həşimovun, dostlarının qisasını alaraq şəhidlik zirvəsinə yüksəlir.

Şəhidin həyat yoldaşı Nigar Orucova deyir ki, Nail tez-tez ailəsi ilə telefonla danışırdı. Onun sonuncu zəngi isə oktyabrın 28-də olur: “Həmin gün bizimlə çox nikbin və gülə-gülə danışdı. Baxmayaraq ki, şiddətli döyüşlər gedirdi. Narahat olmayaq deyə bizə heç nə söyləmirdi. Sonuncu danışığında mənə uşaqların gələcəyi ilə bağlı tövsiyələrini verdi ki, onların təhsili ilə maraqlan, bu yolda dəstək ol. Sadəcə, həmin an elə bilirdik bizə nəsihət edir. Amma şəhid olandan sonra bildik ki, onun sözləri sən demə bizə vəsiyyət imiş...”

Nigar xanımla 2002-ci ildə ailə həyatı quran Nailin 3 oğlu var. Övladlarını Vətənə əmanət edən Nail müharibəyə gedərkən Ruslan, Əlihəsən və İbrahimə öz arzularını da bildirib.

“Atam cəbhəyə gedəndə bizi qarşısına alıb, bir neçə kəlmə söylədi. Dedi ki, siz artıq böyük oğlanlarsınız. Müharibədir, getmək də var, gəlməmək də. Həmin an gəlib. Qarabağı azad etməyə gedirik. Siz həmişə başınızı dik tutun. Son zəngində bizimlə danışanda bildirdi ki, evin önündən bayraq asın. Biz də asdıq... Amma atam özü də sinəsi üstündə bizə bayraq gətirdi”, - deyən şəhidin oğlu Əlihəsənin gözləri dolur.

Şəhidin qardaşı Naib Orucov isə bildirir ki, Nail iyulda Tovuzda baş verən düşmən təxribatlarına çox əsəbləşmişdi: “Ordudan tərxis olunsa da, itkilərimiz onu çox narahat edirdi. Milli Qəhrəman Polad Həşimov və dostu, bir yerdə təhsil aldığı Anar Novruzov şəhid olandan sonra o, komissarlığa könüllü müraciət edir. Arzusuna da çatdı. Vətən müharibəsi başladı, o da cəbhəyə yollandı, tabor komandiri idi. Sonuncu dəfə danışanda anamı, uşaqları və ailəsini mənə tapşırdı ki, onlardan muğayat olarsan”.

Vətən müharibəsi başlayan ilk gündən etibarən Nail Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Böyük övladı Ruslana “şəhid olsam, həkimlik diplomunu məzarım üstünə gətir”, - deyə vəsiyyət edib.

Qəhrəman zabit, şəhid polkovnik-leytenant Nail Orucov ölümündən sonra "Vətən Uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Şəhidin xanımı: Sonuncu dəfə danışanda tövsiyələr verirdi, sən demə, bizə vəsiyyəti imiş... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO