Qobu və Hökməli qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 27 may, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti əməliyyat zamanı Qobu və Hökməli qəsəbələrində, eləcə də Abşeron rayonunun digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədov saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın metamfetamin, 15 qram heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan elektron tərzi aşkarlanaraq götürülüb.
Ceyhun Əsədovla bağlı keçirilən əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, o, Sumqayıtda və Abşeron rayonunda narkotik vasitələrin satışını həyata keçirib. Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.