Bu gün paytaxtda 550 küçə dezinfeksiya olunub VİDEO
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Bakı şəhərində 550 küçə dezinfeksiya edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dezinfeksiya işləri səhər saatlarından etibarən qurumun strukturları tərəfindən həyata keçirilib.
Qeyd edilib ki, görülən bu işlər paytaxt sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi kimi mütəmadi olaraq davam etdiriləcək.