1 NÖMRƏLİ İEM-DƏ ƏSASLI TƏMİR İŞLƏRİ APARILIR
İŞLƏRİ APARILIR
1nömrəli Bakı İEM-in ikinci qaz-turbin qurğusu qış mövsümünə hazırlıq proqramı çərçivəsində əsaslı təmirə dayandırılmışdır. Qurğunun istismar normalarına və inşaat firması ilə bağlanmış müqaviləyə əsasən, müəyyən miqdar kilovat-saat enerji hasilatından sonra təftiş aparmaq nəzərdə tutulmuşdur. Beləliklə, Almaniyanın “Bayrişe Landensbank Girosentrale” bankının krediti hesabına qurğunu tikmiş İsveçrənin Alstom şirkətinin mütəxəssisləri artıq təftişə başlamışlar.
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, göstərilən işləri yerinə yetirmək üçün İsveçrə şirkətinin mötəbər nümayəndə heyəti Bakıya gəlmişdir. Təmir “Azərenerji” ilə Alstom arasında cari ilin aprel ayında bağlanmış müqaviləyə əsasən, tikinti firmasının vəsaiti hesabına həyata keçirilir.
Sıradan çıxmış qovşaqlar və köməkçi avadanlıq yeniləri ilə əvəz edildikdən sonra qurğunu oktyabrın sonunda istismara vermək nəzərdə tutulur.