Ağsuda vətəndaşların müraciətləri dinlənilib
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Ağsu rayonunda sakinlərin müraciətlərini dinləyib.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.