2003-CÜ İL TƏMİZ SU İLİ ELAN EDİLMİŞDİR
BMT-nin Baş Məclisi 2003-cü ili beynəlxalq təmiz su ili elan etmişdir. YUNESKO-nun beynəlxalq hidroloji proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, BDU-nun hidrologiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Maqbet Məmmədov bununla əlaqədar demişdir:
- Planetimizdə təmiz su problemi ildən-ilə daha kəskin xarakter alır və qlobal əhəmiyyətli məsələyə çevrilir.
Azərbaycanda da təmiz su problemi olduqca kəskin məsələ kimi qarşıda durur. İndi heç kimə sirr deyildir ki, Araz çayı Ermənistan ərazisində çox ciddi çirklənməyə məruz qalır. Bu da Araz və Kür çaylarının su ehtiyatlarından istifadəni məhdudlaşdırır.
Biz respublikanın bir neçə nazirlik və komitələri ilə birlikdə geniş tədbirlər planı hazırlamışıq və tezliklə YUNESKO-ya təqdim edəcəyik.
Bu yaxınlarda Milli komitə Bakı Dövlət Universiteti ilə birgə təmiz su mövzusuna həsr edilmiş geniş respublika elmi-praktik konfrans keçirmişdir. Konfransda yeraltı sulardan və əkin suyundan səmərəli istifadə məsələləri ətraflı müzakirə olunmuşdur.
Alim daha sonra bildirmişdir ki, görülməli tədbirlər çoxdur. Məsələn, Qanıx çayında suyun keyfiyyəti ilə bağlı monitorinq aparılması nəzərdə tutulmuşdur. İçməli suların codluğunu azaltmaq sahəsində də müəyyən işlər görülür. Qanıx - Həftəran vadisindəki içməyə daha yararlı hesab edilən yeraltı suların Bakıya gətirilməsi zəruridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]
Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ
- 23.10.2026 [18:14]