2024-cü ildə Budapeştdə Stinqin konserti gözlənilir
Budapeşt, 11 dekabr, AZƏRTAC
Budapeşt dünyaşöhrətli müğənni Stinqin gələn il dünya turnesinə çıxacağı ölkələrdən biri olacaq.
AZƏRTAC xəbər verir ki, musiqiçi Macarıstan paytaxtında 2024-cü il mayın 31-də olacaq və “Budapest Arena”da çıxış edəcək.
Turne təşkilatçılarının bəyanatında deyilir ki, “Grammy Award” mükafatının 17 dəfə qalibi olan Stinq hazırladığı dinamik konsert proqramında ən populyar hitlərini, solo ifası üçün yazılmış mahnıları, eləcə də “Police” qrupu ilə birgə yaranmış əsərləri tamaşaçılara təqdim edəcək.
Xatırladaq ki, Stinqin Budapeştdə ilk konserti 1988-ci ildə baş tutub. Müğənni o vaxt “Népstadion” stadionunda Piter Qabriel, Bryus Sprinqstin və Treysi Çepmen ilə eyni səhnəni bölüşmüşdü.
2004-cü ildə Stinq Macarıstanın paytaxtında 250 min nəfər qarşısında pulsuz konsertlə çıxış edib. Sonuncu dəfə isə o, Macarıstanda ötən ilin oktyabrında konsert verib.
Ulduz müğənni yenidən Dunay sahillərinə geri dönür.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]