2034-cü ildə dünya çempionatının finalının keçiriləcəyi stadion bəlli olub
Bakı, 30 noyabr, AZƏRTAC
2034-cü ildə futbol üzrə dünya çempionatının final görüşünün keçiriləcəyi stadion bəlli olub.
AZƏRTAC FIFA-nin rəsmi saytına istinadən xəbər verir ki, həlledici qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda inşa olunacaq Kral Salman Stadionunda təşkil olunacaq.
2025-ci ildən inşasına başlanacaq və 92 mindən çox tamaşaçı tutumuna malik olacaq arena həmçinin mundialın açılış oyununu qəbul edəcək. Matçlar ümumilikdə 5 şəhərin 15 stadionunda reallaşacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət ünvanlayaraq namizədliyini irəli sürüb. Avstraliya və İndoneziya isə FIFA-ya rəsmi müraciət ünvanlasalar da, namizədliklərini verməkdən imtina ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]