20 Yanvar faciəsi qurbanlarının xatirəsi Heydər Əliyev Sarayında anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü münasibətilə Heydər Əliyev Sarayında anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları foyedə 20 Yanvar faciəsini əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olmuşlar.
Anma mərasimində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciədən geniş söz açılmışdır.
Bildirilmişdir ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha sübut etmişdir.
Tədbir 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]