20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). “Qafqaz Media” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İB-nin əməkdaşları əvvəlcə Şəhidlər xiyabanında Vətənimizin azadlığı uğrunda canlarından keçən igid oğullarımızın xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə qərənfillər düzmüşlər.
Sonra İctimai Birliyin üzvləri Nərimanov rayonundakı 5 nömrəli xəstəxanada müalicə olunan 20 Yanvar faciəsinin birinci qrup əlili Arif Məhərrəmova baş çəkmiş və ona xatirə hədiyyələri təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]