“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir
Ağdaş, 15 yanvar, AZƏRTAC
Ağdaşda Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə VI-XI sinif şagirdləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilir.
Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqədə Ağdaş rayon ümumtəhsil müəssisələrinin 60 nəfər şagirdi iştirak edir. İnşa yazı müsabiqəsinə yanvarın 19-da yekun vurulacaq və 10 nəfər ən yaxşı inşanın sahibi diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, inşa yazı müsabiqəsi 20 Yanvar faciəsinin ildönümünün yad edilməsi, yetişməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onların arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği, istedadlı şagirdlərin inşa yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması baxımından əhəmiyyətlidir.