20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı, 20 yanvar, AZƏRTAC
Şahmat üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş respublika turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakçılar İsveçrə sistemi üzrə 11 turda mübarizə aparıblar. Yekun nəticəyə görə, 9,5 xal toplayan Şiroğlan Talıbov əlavə göstəricilərə görə yarışın qalibi olub. Onunla eyni xalı yığan Əli Süleymanov, Rəvan Uğuzov və Süleyman Süleymanlı sonrakı 3 yerdə qərarlaşıblar. Qızlar arasında keçirilən yarışlarda isə 8 xal toplamış Səbinə Rzalı, Aytac Məmmədova və Minurə Yusifli ilk 3 yerdə qərarlaşıblar.
Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin və şahmat klublarının 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçıları iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]