20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ
Azərbaycan Dövlət İncəsənət Muzeyində 20 yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş “Azadlıq yolu” mövzusunda Sərginin açılışı olmuşdur.
Sərgidə 30-dan çox rəssamın boyakarlıq, qrafika və heykəltəraşlıq janrlarında 35-dən artıq əsəri nümayiş etdirilir.
Mərasimdə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mədəniyyət naziri Polad Bülbüloğlu, muzeyin direktoru, xalq rəssamı İbrahim Zeynalov, Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyəti sədrinin müavini Ağəli İbrahimov və başqaları mərasimdə çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışdılar.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri 20 yanvar şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:42]
Ali Məhkəmədən xəbərdarlıq: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
- 04.06.2026 [12:38]
Yol polisi skuter sürən şəxsi qəzadan xilas edib
- 04.06.2026 [12:33]
Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
- 04.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [11:57]
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
- 04.06.2026 [11:53]
DSX: Ötən ay 5,6 milyon manatlıq qaçaqmal aşkarlanaraq götürülüb
- 04.06.2026 [11:51]
Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb
- 04.06.2026 [11:40]
Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]