REGİONLAR
Xocavənddə xeyli sayda silah-sursat tapılıb VİDEO
Xocavənd, 23 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkar olunub. Tapılan 5 avtomat, 3 qumbarataatan, 2 pulemyot, tank əleyhinə idarə olunan 1 raket sistemi, 1 tapança, 12 əl qumbarası və alışdırıcıları, müxtəlif çaplı 2358 patron və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.05.2024 [17:57]
Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar
- 02.05.2024 [15:38]
Azərbaycanda barama mövsümünə start verilib VİDEO
- 02.05.2024 [13:33]