REGİONLAR
Ağgöl Milli Parkının bahar görüntüləri FOTO VİDEO

































Ağcabədi, 17 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bahar fəsli Azərbaycan təbiətinə xüsusi rəng qatır. Bu gözəlliyi Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən Ağgöl Milli Parkında da görmək mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən olan Ağgöl Milli Parkının sahəsi bataqlıqlardan, tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir. Ərazidə bitki növlərindən əsasən yovşan, qaraşoran, Xəzər şahsevdisi, Xəzər sarıbaşı, qamış və sair, quşlardan turac, ağquyruq çökükburun, haçaquyruq cüllüt, bəzgək, mərməri ördək, ağgöz dalğıc, adi göydimdik, ağqaş qaz, qızılqaz, vağ, kiçik qarabatdaq, məməlilərdən qamışlıq pişiyi, ceyran, canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan, suda-quruda yaşayanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağası, eləcə də sürünənlər və balıqlar yayılıb.
AZƏRTAC Ağgöl Milli Parkından fotoları təqdim edir.