21 yaşadək Azərbaycan millisi Macarıstan yığması ilə heç-heçə edib
Bakı, 8 iyun, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, "Dalğa Arena"da baş tutan qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Hesabı qonaqlar oyunun 27-ci dəqiqəsində açıb. Qabor Makray fərqlənib - 0:1. On dəqiqə sonra Atilla Harisin qolu ilə qonaqlar hesab arasındakı fərqi ikiyə çatdırıb - 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra cərimə meydançasında qayda pozuntusuna görə hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Ehtiram Şahverdiyev dəqiq yerinə yetirərək hesabı minimuma endirib - 1:2. Qarşılaşmanın 50-ci dəqiqəsində Macarıstan millisinin oyunçusu Matias Tayti adını tabloya yazdırıb - 1:3. Qoldan sonra irəli atılan Rəşad Sadıqovun yetirmələri 67-ci və 71-ci dəqiqələrdə Renat Dadaşovun və Anton Krivotsyukun vurduğu qollarla hesaba tarazlıq gətiriblər. Beləliklə, görüş 3:3 hesabı ilə başa çatıb.
Xatırladaq ki, 21 yaşadək millimiz iyunun 4-də Astanada Qazaxıstan millisi ilə 1:1-lik heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:30]
Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq
- 18.06.2026 [13:29]
“Real Madrid” İbrahima Konate ilə 4 illik müqavilə imzalayıb
- 18.06.2026 [13:25]
“Səbail” baş məşqçisi ilə yollarını ayırıb
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]