Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Judo Club 2012”: Sağlam gəncliklə yeni zirvələrə doğru VİDEO

Bakı, 10 iyul, Leyla Qurbanova, AZƏRTAC

Uşaqların inkişafında, sağlam böyümələrində əhəmiyyətli rol oynayan cüdo, həm də onlar üçün ən təhlükəsiz döyüş növlərindən biridir. Şərq döyüş sənətinin bir çox digər sahələrindən fərqli olaraq, cüdoda nəinki yumruq və təpikdən istifadə etmək qadağandır, ümumiyyətlə, döyüş zamanı üzə toxunmaq olmaz. Uşaqlar bu idman növü ilə 4 yaşından məşğul ola bilərlər. Məşqçilərin əsas vəzifəsi uşağa təkcə özünü müdafiə etməyi öyrətmək deyil, həm də bu döyüş sənətinin dərin fəlsəfəsini ona çatdırmaqdır.

Сüdonun təməl prinsiplərini fiziki güc, ağıl və düşüncə, özünümüdafiə, özünəinam, intizam təşkil edir ki, bu amillər də gənc nəslin hərtərəfli yetişməsində mühüm rol oynayır.

Cəmiyyətimizin ən ali məqsədlərindən biri də sağlam nəsil yetişdirərək onların enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etmək, yeni nəslin vətənpərvər ruhda formalaşmasına zəmin yaratmaqdır. Yazıda bu ali məqsədlərə xidmət edən idman ocaqlarından biri barədə - uşaq və yeniyetmələrin sağlamlığında mühüm rol oynayan, onlarda əzmkarlıq, dözümlülük, səbir, mübarizlik, təşəbbüs kimi önəmli keyfiyyətlər tərbiyə edən cüdonun tərəqqisinə öz töhfələrini verən "Judo Club 2012"dən söhbət açacağıq.

"Judo Club 2012"-də 500-600 idmançının məşq etməsi üçün hər cür şərait yaradılıb

2012-ci ildə yaradılan klubun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib. Ötən illər ərzində bir sıra nailiyyətləri ilə fərqlənərək cüdoçuların sevimli məkanına çevrilən idman ocağında ümumilikdə, 500-600 atletin məşq etməsi üçün hər cür şərait yaradılıb. Klubda cüdo ilə yanaşı, sambo, karate, aykido, ciu-citsu, bədii gimnastika, akrobatika, aerobika növləri üzrə məşqlər keçirilir. Burada davamlı məşq prosesinin yüksək səviyyədə təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada ayrıca idman zalları mövcuddur. Zalların hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Klubda bundan başqa trenajor zalı, futbol və basketbol üçün açıq meydança və tibb məntəqəsi yerləşir. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Yüksək nailiyyətlərlə yanaşı, sağlam həyat tərzi əsas hədəfdir

Klubun direktoru, veteranlar arasında dəfələrlə dünya və Avropa çempionu olan Mübariz Cəfərov bildirib ki, idman ocağının əsas hədəfi fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsi ilə yanaşı, həm də yüksək səviyyəli idmançılar ərsəyə gətirməkdir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı daim diqqətdə saxlanılacaq. Ölkəmizdə idmanın inkişafı, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində görülən böyük işlər hər birimizdə fəxarət hissi yaradır. “Judo 2012” klubu da bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə öz töhfələrini vermək üçün var gücü ilə çalışır. "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun yaradıcısı olduğu bu klubda sağlam, mübariz və güclü gəncliyin yetişdirilməsi üçün ciddi səy göstərilir. Sözsüz, burada cüdonun sirlərinə yiyələnən yüzlərcə cüdoçunun arasından yalnız bir neçəsi gələcəkdə yüksək nailiyyətlər əldə edə bilər. Digərləri isə başqa sahələrdə fəaliyyətlərini davam etdirəcəklər. Danılmaz faktdır ki, idmanla mütəmadi məşğul olan, sağlam həyat tərzi keçirən gənclərdə mübarizlik, səbir, əzmkarlıq, dözümlülük kimi mühüm əhəmiyyət daşıyan keyfiyyətlər tərbiyə olunur ki, bu da onların fəaliyyət göstərəcəyi sahələrdə kifayət qədər uğurla çalışmalarına şərait yaradır”.

Mübariz Cəfərov bu gün klubun yetirmələri arasında Murad Fətiyev, Hüseyn Məmmədov, Nurlan Osmanov, Nicat Məmmədli, yeniyetmələrdən Mehdi Cəfərov, Məmməd Əzizov və başqalarının beynəlxalq arenalarda keçirilən yarışlarda yüksək səviyyədə iştirak edərək Azərbaycan bayrağını ucaltdıqlarını, dövlət himnimizi səsləndirdiklərini deyib. O, Fərhad Rəcəbli, Zaur Paşayev, İntiqam Ələkbərov, Müşfiq Cəfərov və digər titullu veteran cüdoçuların idman ocağında məşq etdiklərini bildirib: “Veteran tatami ustalarımızın qələbə əzmi, mübarizliyi bu gün burada məşq edən kiçikyaşlı uşaqlar üçün əsl nümunədir”.

Klubun direktoru idman ocağının Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərən beynəlxalq və respublika əhəmiyyətli turnirlərinin təşkilatçısı olduğunu vurğulayıb.

Cüdo dərslərində öz potensiallarından maksimum istifadə edən uşaqlar təhsildə də fərqlənməyə çalışırlar

"Judo Club 2012"nin məşqçi-müəllimi, Əməkdar idman ustası Zaur Paşayev 4-5 yaşlı uşaqları akrobatika məşqlərinə qəbul etdiklərini, bir neçə müddət tam formalaşdıqdan sonra cüdo məşqlərinə keçirdiklərini, iki-üç il ərzində onları əvvəlcə klub birinciliklərində, fərqlənənləri paytaxt, ölkə birinciliklərində sınadıqlarını bildirib: “Uşaqların erkən yaşda cüdonun sirlərinə yiyələnməsi onları fiziki və mənəvi cəhətdən möhkəmləndirir. Məşqlərlə yanaşı, həftənin hər 6-cı günü şagirdlərimlə söhbət edir, təhsilləri ilə maraqlanır, dərs gündəliklərinə baxıram. İnanın, cüdo dərslərində öz potensiallarından maksimum istifadə edən uşaqlar, təhsildə də fərqlənməyə çalışırlar. Dərsdə tənbəllik - döşəkdə uzanmaq və ya oturmaq, icazəsiz zalı tərk etmək və ya dərslərin ortasında uzun fasilələr verməyin yolverilməz olduğunu başa salıram. Çünki bir tələbənin davranışı bütün qrupun dərsinə mane olur. Cüdoçunun əhvalı pis olsa belə, dözümlülük göstərib pozitiv olmağa çalışmalı, bütün qrupa müsbət enerji verməlidir. Şagirdlər bir-birinə hörmət etməli, köməklərini əsirgəməməlidirlər. Eyni zamanda, tətil günlərində cüdoçularımızı nəzarətsiz buraxmır, yaratdığımız valideyn qrupları vasitəsilə onların öz vaxtlarını idmanla daha səmərəli keçirmələrinə nail oluruq”.

Məşqlər müsbət emosiyalar üzərində keçirildikdə dərslərin faydası dəfələrlə artır

Kiçik uşaq cüdo qruplarının məşğul olduğu zala daxil olarkən ilk müşayiət etdiyimiz onların emosional formada məşqləri oldu. 5-6 yaşlı qızlar və oğlanlar gün ərzində yığılmış enerjini "dinc məqsədlər üçün" atırdılar. Burada istifadə olunan metodların arsenalı kifayət qədər geniş idi. Belə ki, klassik cüdonun əsas elementləri uşaqlara onlar üçün başa düşülən oynaq formada təqdim olunurdu.

Məşq prosesi başa çatdıqdan sonra məşqçi Rafiq Nəcəfov bildirib ki, cüdo dərslərində bütün əzələ qrupları işlədiyindən insan orqanizmini ahəngdar şəkildə inkişaf etdirir. Məşqlər müsbət emosiyalar üzərində keçirildikdə və hərəkətlər sevinclə yerinə yetirildikdə dərslərin faydası dəfələrlə artır. Şübhəsiz, bu cür məşqlərdə məşqçi-müəllimlərin səyləri nəticəsində uşaq cüdoçular çox tez fiziki və əqli inkişafda həmyaşıdlarını geridə qoymağa başlayır, özlərinə inamlı, müstəqil və məqsədyönlü olurlar.

Rafiq müəllim komandasının bu günlərdə Türkiyənin Rizə şəhərində keçirilmiş beynəlxalq turnirdə yüksək səviyyədə çıxış etdiklərindən də qürurla söhbət açır: “Sevindirici haldır ki, klubumuzda 10-13 yaşlı uşaqlar arasında çoxlu istedadlı cüdoçular yetişir. Türkiyənin Rizə şəhərində bu yaş qrupunda keçirilmiş beynəlxalq turnirdə komandamızın yüksək nəticəyə imza ataraq ümumi hesabda birinci yeri tutması bunun bariz nümunəsidir”.

Gələcəyin Olimpiya çempionları...

Hər iki oğlu “Judo 2012”də məşğul olan Aynur İsgəndərova: “Böyük oğlum Raul Məhərrəmov (13 yaş) cüdo ilə lap kiçik yaşlarından məşğul olur və artıq bir sıra beynəlxalq turnirlərdə nailiyyətləri də var. Türkiyənin Rizə şəhərində keçirilən son turnirdə bürünc medala layiq görülüb. Kiçik oğlum Süleymanın isə 6 yaşı var və o da böyük məmnuniyyətlə cüdonun sirlərinə yiyələnir. Məşqçi-müəllimlər tələbələrinin qayğısına qalır və bu idman növünün sirlərini uşaqlara aşılamaq üçün böyük əmək sərf edirlər”.

Raul və komanda yoldaşları - bu yaxınlarda Türkiyədə keçirilmiş beynəlxalq yarışda medallar qazanan Orxan Tağıyev, Oqtay Zeynalov, Zeyd Əsədullayev, Suad Əsədullayev, Əkbər Nəsirli isə bizimlə söhbətlərində böyük inamla “Gələcəkdə Olimpiya çempionu olub, Azərbaycan bayrağını yüksəklərə ucaldacağıq”, - deyə inam və qətiyyətlə bildirirlər.

Düzgün seçilən hədəf xoş məramdan xəbər verir. Yalnız bu cür sağlam və yüksək ruha malik uşaqlar ən uca zirvələri fəth etmək üçün yaranıblar və yüksəlişə doğru böyük cəsarətlə irəliləyirlər.

“Judo Club 2012”: Sağlam gəncliklə yeni zirvələrə doğru VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq