Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Bişkek, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun
bəyanatı

-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, hörmətli xanımlar və cənablar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Bişkekdə qarşılamaq mənim üçün böyük sevincdir. Bu, onun Qırğız Respublikasına birinci dövlət səfəridir. Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir.

Biz strateji tərəfdaşlıq ruhunda dövlətlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi apardıq. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçdi. Biz strateji tərəfdaşlığın fəallaşdırılması və genişləndirilməsi istiqamətində kursun dəyişməzliyini təsdiq etdik. Məmnuniyyətlə qeyd edirəm ki, Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisidir. Mədəni-humanitar sahədə xüsusilə artıq qardaş xalqlarımız arasında qırılmaz dostluq rəmzi olan Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin birgə açılışını qeyd etmək istərdim. Bu kontekstdə ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı anlaşmanın, dostluğun və əməkdaşlığın dərinləşməsinə töhfə verən bu rəmzi layihələrin mühüm əhəmiyyətini xüsusi məmnuniyyətlə vurğulamaq istərdim. Sevindirici haldır ki, qeyd edilən gözəl məktəblərdə bizim gənclər, Qırğızıstanın gələcəyi təhsil alacaq. Əminəm ki, bizim oğlanlarımız və qızlarımız qardaş Azərbaycan ilə Qırğızıstan arasında dostluq və əməkdaşlıq körpüsü olacaqlar.

Məmnunluqla qeyd edirəm ki, biz azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl tikintisi başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümidvaram ki, bu gözəl park paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət məkanına çevriləcək. Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq.

Nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələrində hələ çox işlər görülməlidir. Bu gün biz münasibətlərimizin strateji xarakterini bir daha təsdiqlədik, onları ən yüksək səviyyəyə çatdırdıq ki, bu da əcdadlarımızın tarixi vəsiyyətidir.

Xalqlarımız və ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi işinə şəxsi töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali məqsədlərə çatmaqda böyük uğurlar və tükənməz enerji, bütün qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli xanımlar və cənablar.

İlk növbədə, Qırğızıstan Prezidentinə qardaş ölkəyə səfərə dəvətinə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, bu, mənim ilk rəsmi dövlət səfərimdir. Mən əvvəllər də Qırğızıstanda olmuşam. Lakin bu, beynəlxalq təşkilatların işində iştirakla bağlı olub, bu, beynəlxalq tədbirlər olub. Buna görə də mənim indiki səfərim xüsusi əhəmiyyət kəsb edir. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.

Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı bizim nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub. İlk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq istərdim. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Yarım il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da bizim münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrini ətraflı müzakirə etdik. Deməliyəm, artıq müəyyən vaxtdır ki, Azərbaycanın iki peyki - “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və biz bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Biz qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edirik. Beləliklə, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasətini birgə həyata keçirməklə, beynəlxalq-hüquqi xarakterli belə möhkəm bazaya, məhz artıq qeyd etdiyim kimi, strateji tərəfdaşlıq haqqında Bəyannaməyə, bu gün burada, Bişkekdə, yarım il bundan əvvəl Bakıda imzalanan sənədlərə malik olmaqla, biz, əslində, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən buraxdıqlarımızın qısa vaxt kəsiyində hansısa dərəcədə yerini doldururuq. Düşünürəm, bizim gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz odur ki, biz konkret nəticələrə hədəflənmişik.

Bizim ortaq tariximiz var, biz bir-birimizi başa düşür, bir-birimizi dəstəkləyirik. Bu gün mən Prezidentlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi də apardıq. Orada da əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.

Əlbəttə, bu gün mən Azərbaycan xalqının dahi nümayəndələrinin xatirəsinə belə xoş münasibətə görə bütün Azərbaycan xalqı adından Prezidentə xüsusi təşəkkürümü ifadə etdim. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Bu gün biz Qırğızıstan-Azərbaycan Dostluq Parkını açacağıq. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bu gün biz, həmçinin bu siyahının digər şəhərlərimizlə də davam etməsini müzakirə etdik. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Hətta mətbuat konfransının vaxt məhdudiyyəti çərçivəsində bizim gündəlikdə duran məsələlərin bütün maddələrinin sadalanması əməkdaşlığın dərinliyindən, qarşılıqlı münasibətlərin səmimiliyindən, bu gün burada müəyyən etdiklərimiz və yarım il bundan əvvəl nəzərdə tutduqlarımızın da həyata keçiriləcəyinə əminliyimizdən xəbər verir.

Mən dəvətə və qonaqpərvərliyə görə Prezidentə bir daha təşəkkürümü bildirmək istərdim. Bir daha qardaş Qırğızıstan torpağında olmağımdan şadam. Fürsətdən istifadə edərək, Qırğızıstan xalqına sülh, əmin-amanlıq, uğurlar arzulayıram. Azərbaycan xalqının dərin ehtiramını qardaş Qırğız xalqına çatdırıram. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər

Ufa şəhərinə PUA hücumu nəticəsində Hindistandan olan tələbə xəsarət alıb

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

İran iki fransız diplomatı “persona non grata” elan edib

Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Lənkəranda gənclərə rəqəmsal mühitdəki gizli narkotik riskləri izah olunub

Süni intellekt yeni biznes ideyalarının yaranmasına necə təsir göstərir? - AÇIQLAMA

Naxçıvan gələcəkdə mühüm nəqliyyat və logistika mərkəzinə çevriləcək ŞƏRH

Milli Kitabxanada Xan Şuşinskinin 125 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Sabahdan Türkiyədə “TEKNOFEST Mavi Vətən” Festivalı işə başlayır

Özbəkistan və Azərbaycan pediatrları arasında əməkdaşlıq genişlənir

Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq YENİLƏNİB

Daşkəndin “Çorsu” bazarı: ədviyyat, təndir çörəyi və Şərq qonaqpərvərliyi - REPORTAJ

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub

® Qarğıdalı sahələrinin sığortası başa çatır – Son 3 gün! – Şərtlər, Məbləğlər

Dünya ikincisi olan güləşçi: Kiçik səhv ucbatından çempionluğu əldən verdim

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Britaniyada inflyasiya 2,9 faizə yüksəlib

® “SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

AzTU əməkdaşı IFLA-nın 90-cı konfransında universitetin kitabxana şəbəkəsini təqdim edib

Şəkidə dövlət müəssisəsinin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

"İnter” “Liverpul”un futbolçusuna 30 milyon avro təklif etməyə hazırlaşır

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycanlı FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib

Azərbaycan nefti 94 dollara satılır VİDEO

Azərbaycan nefti 94 dollara satılır VİDEO

Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq

Azərbaycanın musiqi mədəniyyətini xaricdə nümayiş etdirmək fəaliyyətimdə xüsusi yer tutur  - MÜSAHİBƏ

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

Bakıda hazırda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

ABŞ Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq –YENİLƏNİB

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Media: Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir

İsrail Suriyadakı hərbi bazaya zərbə endirib

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: "Fənərbağça" evdə "Lyon"la heç-heçə edib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? VİDEO

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? VİDEO

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib