Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub VİDEO

Pekin, 18 aprel, AZƏRTAC

Aprelin 17-də Pekində Diaoyutay dövlət iqamətgahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsinin, bu ölkənin Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və digər dövlət qurumlarının nümayəndələri, Çində akkreditə olunmuş 50-yə yaxın xarici diplomatik korpus rəhbərləri iştirak ediblər.

Sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xidməti fəaliyyətini, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini, o cümlədən 1994-cü ildə Çin Xalq Respublikasına səfərini əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunur. Bu, Heydər Əliyev Fondunun xaricdə Ümummilli Liderinin 100 illiyinə həsr olunan mədəni tədbirlərinin ilkidir.

Sərginin açılış mərasimində Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Lin Sontien Çin və Azərbaycan arasında dostluğun tarixinin qədim İpək Yolu dövrünə gedib çıxdığını qeyd edərək, bu dostluq sayəsində əsrlərdir xalqlarımızın bir-birindən öyrəndiyini deyib. Azərbaycanın gözəl və zəngin torpağının zəhmətkeş və istedadlı nəsillər yetişdirdiyini bildirən Lin Sontien görkəmli dövlət xadimi Heydər Əliyevin böyük nüfuz sahibi olduğunu deyib. O, Azərbaycanın müstəqilliyinin ilk illərində bir çox çətinliklə üzləşdiyi vaxtda Heydər Əliyevin tarixi məsuliyyəti öz üzərinə götürərək, uzaqgörən siyasi və böyük cəsarəti ilə Azərbaycanın tarixində yeni səhifə açmağa nail olduğunu bildirib. Qeyd edib ki, siyasi sabitliyin təmin olunduğu Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu, əhalinin rifahı yaxşılaşmağa başladı.

Lin Sontien Ümummilli Lider Heydər Əliyevin Çinin yaxın dostu olduğunu, Prezident vəzifəsində Çinə uğurlu səfər edərək, iki ölkə arasında münasibətlərin inkişafına tarixi töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, Çin xalqı köhnə və yaxşı dostlarını heç vaxt unutmur. Məhz bunun nəticəsidir ki, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası Heydər Əliyevin anadan olmasının 90-cı ildönümündə görkəmli dövlət xadiminə həsr olunan kitabın Çin dilində nəşrinin təqdimatını təşkil edib. O, dahi insanların xatırlanması istiqamətində onların irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə toxunan Lin Sontien qarşılıqlı siyasi etimadın getdikcə möhkəmləndiyini, birgə səylər sayəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdiyini diqqətə çatdırıb, Azərbaycanın və Çinin dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji rəhbərliyi ilə son illər əlaqələrimizdə böyük sıçrayışın müşahidə olunduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov görkəmli dövlət xadimi Heydər Əliyevin Ümummilli Lider kimi Azərbaycanı çətin vəziyyətdən çıxararaq, inkişaf yoluna yönəltdiyini, Ulu Öndərin müasir Azərbaycanın qurucusu olduğunu deyib.

Heydər Əliyev Fondunun “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə bir sıra mədəni tədbirlər keçirəcəyini diqqətə çatdıran A.Ələkbərov bu çərçivədə ilk tədbirin Çində keçirilməsini iki xalq arasında dostluğun bariz nümunəsi olduğunu deyib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını vurğulayan A.Ələkbərov dahi siyasətçinin 1994-cü ildə Çinə səfərinin müasir dövrdə iki ölkə arasında münasibətlərin başlanğıcı kimi qiymətləndirildiyini deyib. O, Çinin böyük dostu kimi Heydər Əliyevin Azərbaycanın Çin ilə münasibətlərinin inkişafına böyük diqqət yetirdiyini, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

A.Ələkbərov iki ölkə arasında müxtəlif sahələrdə davamlı inkişaf edən münasibətlərdən söz açıb, bu əlaqələrin dostluğa əsaslanan strateji tərəfdaşlıq münasibətləri olduğunu vurğulayıb. O, Çin ilə münasibətlərin möhkəmləndirilməsinin ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı hörmət və etimadı sayəsində ölkələrimiz arasında fəal siyasi dialoqun mövcud olduğunu deyib.

Mərasim ziyafət və Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Pekində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən sərgi və konsert təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib