MƏDƏNİYYƏT


Gədəbəydə “Alınmaz qalanın qəhrəmanları” sənədli filmi təqdim olunmuşdur

Gədəbəy, 17 iyul (AZƏRTAC). Gədəbəydə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş keçmiş döyüşçülər, şəhid ailələri və Azərbaycanın Milli Qəhrəmanları ilə görüş keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, görüşdə xalqımızın qəhrəmanlıq ənənələrindən, eləcə də yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün həyata keçirilən tədbirlərdən söhbət açılmışdır.

Sonra “Alınmaz qalanın qəhrəmanları” sənədli filmi təqdim edilmişdir.

Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilmişdir. Düşmənlə 123 kilometrlik sərhədi olan Gədəbəy bölgəsində igidlik göstərərək şəhid olmuş dörd nəfər Milli Qəhrəmanın - Məzahir Rüstəmovun, Aytəkin Məmmədovun, İlham Əliyevin və İsgəndər Aznavurovun şərəfli ömür və döyüş yolundan ətraflı bəhs edən film rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.