Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir
Bakı, 25 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 16 nəfərə xidmət göstərilir. Onlardan 10-u uşaqdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası və sosial statuslarının bərpası sahəsində işlər aparılır.
2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.
Ötən dövrdə burada 48-i uşaq olmaqla 74 nəfərlə reabilitasiya işi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [19:02]
® “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
- 25.05.2026 [18:12]
İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçilib
- 25.05.2026 [18:09]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası
- 25.05.2026 [17:59]
Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib
- 25.05.2026 [17:47]