Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

WUF13-ün Bakıda keçirilməsi beynəlxalq təşkilatların ölkəmizə etimadının göstəricisidir RƏY

Bakı, 25 may, AZƏRTAC

Bu bir gerçəklikdir ki, Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan nüfuzu, qlobal təşəbbüslərdə fəal iştirakı və regionda lider dövlət kimi mövqeyinin daha da möhkəmlənməsi həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan çoxşaxəli inkişaf strategiyası Azərbaycanın yalnız siyasi və iqtisadi sahədə deyil, həm də dayanıqlı inkişaf, müasir şəhərsalma, ekoloji təhlükəsizlik və postmünaqişə dövrünün idarə olunması istiqamətlərində beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan regional əməkdaşlığın əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, qlobal çağırışların həllinə töhfə verən və beynəlxalq gündəliyin formalaşdırılmasında fəal iştirak edən nüfuzlu dövlətlər sırasında yer alır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın güclü dövlətçilik modelini və strateji idarəetmə imkanlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirir.

“Uzun illər Ermənistanın işğal siyasəti nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulması, burada müasir urbanizasiya prinsiplərinin tətbiqi və yüksək texnologiyalara əsaslanan yaşayış məkanlarının formalaşdırılması dövlətin siyasi iradəsinin, iqtisadi gücünün və inkişaf strategiyasının bariz nümunəsidir. Həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda, müasir həyat tərzinin, sosial rifahın və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına xidmət edir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri beynəlxalq diqqət mərkəzindədir. Həmin layihələr rəqəmsal idarəetmə sistemlərinin, innovativ texnologiyaların, yaşıl enerji həllərinin və ekoloji tarazlıq prinsiplərinin vahid konsepsiya çərçivəsində tətbiqinə əsaslanır. Bu yanaşma göstərir ki, Azərbaycan postmünaqişə dövründə təkcə dağıntıların nəticələrini aradan qaldırmır, eyni zamanda, gələcəyin şəhər modelini formalaşdırır. Yeni yaşayış məkanlarında enerji səmərəliliyi, ekoloji təhlükəsizlik, alternativ enerji mənbələrinin tətbiqi, müasir nəqliyyat infrastrukturu və rəqəmsal xidmətlərin inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Bu model artıq bir sıra beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən innovativ inkişaf nümunəsi kimi qiymətləndirilir”, - deyə M.İbrahimqızı əlavə edib.

O bildirib ki, Azərbaycanın beynəlxalq şəhərsalma siyasətində artan rolu BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat ilə əməkdaşlıq çərçivəsində də özünü aydın şəkildə göstərir. Prezident İlham Əliyevin UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax ilə keçirdiyi görüşdə şəhərsalma, dayanıqlı şəhər inkişafı və postmünaqişə ərazilərinin bərpası məsələlərinin müzakirəsi Azərbaycanın bu sahədə mühüm beynəlxalq tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirib. Xüsusilə COP29-dan sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi barədə qəbul olunan qərar ölkəmizin beynəlxalq nüfuzunun və qlobal şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir. Bu tədbir BMT sistemi çərçivəsində urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qiymətləndirildiyini təsdiqləməklə yanaşı, onun yüksəksəviyyəli qlobal tədbirlərin təşkili və keçirilməsi sahəsində formalaşdırdığı institusional potensialı və zəngin təcrübəni də əks etdirir.

“Qeyd etdiyim kimi, son illərdə Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin qlobal miqyasda artan nüfuzunu və etimadını, eyni zamanda, mühüm beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrildiyini göstərir. Xüsusilə COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbir ölkəmizin iqlim siyasəti, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahəsində fəal mövqeyini beynəlxalq ictimaiyyətə təqdim etməklə yanaşı, qlobal çağırışların həllinə verdiyi töhfələri nümayiş etdirdi. Bunun davamı olaraq, WUF13-ün Azərbaycana həvalə olunması göstərir ki, ölkəmiz artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi məkan deyil, həm də qlobal qərarların və inkişaf yanaşmalarının formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilir. Müasir dövrdə şəhərsalma siyasəti artıq təkcə tikinti və infrastruktur məsələləri ilə məhdudlaşmır. Bu sahə iqlim təhlükəsizliyi, sosial rifah, enerji səmərəliliyi, ekoloji dayanıqlılıq və innovativ idarəetmə prinsipləri ilə sıx bağlıdır. Azərbaycan isə bu yanaşmaları praktik müstəvidə tətbiq edən ölkələr sırasında yer alır. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyası, alternativ enerji mənbələrinin tətbiqi və ekoloji layihələr dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bununla yanaşı, Azərbaycanın şəhərsalma siyasətində milli-mənəvi dəyərlərlə müasir urbanizasiya prinsiplərinin uzlaşdırılması diqqət çəkir. Şuşanın tarixi-mədəni simasının qorunmaqla bərpası, Ağdamın yeni Baş plan əsasında yenidən qurulması, həmçinin Zəngilanda və Füzulidə həyata keçirilən “Ağıllı kənd” layihələri göstərir ki, Azərbaycan milli irsin qorunmasını müasir texnologiyalar və beynəlxalq standartlarla uğurla uzlaşdırır. Bu yanaşma həm milli kimliyin qorunmasına, həm də müasir və komfortlu yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hazırda yalnız regionun deyil, daha geniş coğrafiyanın inkişaf gündəliyinə təsir göstərən dövlətlərdən birinə çevrilib. Ölkəmizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və qlobal çağırışlara innovativ həllər təqdim edən mühüm aktor kimi mövqeyini daha da gücləndirir”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsini “ən çətin münaqişə” adlandırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salyanda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

Siyəzəndə minik avtomobili aşıb, yaralılar var

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Slovakiyada 27 Sentyabr – Anım Günü qeyd olunub

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Naxçıvanda ər arvadını və baldızını bıçaqlayıb

“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri Azərbaycanın müasir inkişaf tarixində genişmiqyaslı quruculuq mərhələsidir - ŞƏRH

Rusiyanın Novosibirsk vilayətində gənclərin millətlərarası toplantısı start götürüb

Dünya mediası Formula 1 Azərbaycan Qran-Prisinin dramatik mübarizəsini geniş işıqlandırıb