Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub
Tbilisi, 25 may, AZƏRTAC
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərkəzin direktoru Raida Dərziyeva bildirib ki, 26 may və 28 may tarixləri Gürcüstan və Azərbaycan xalqları üçün ən önəmli günlərdən biridir. “Təntənəli şəkildə qeyd etdiyimiz bu bayramlarda iki dost və qardaş xalq demokratik və azad respublika qurublar. İnanırıq ki, 108 il öncə böyük itkilər və gərgin mübarizələr nəticəsində əldə olunmuş azadlığımız və müstəqilliyimiz dünya durduqca əbədi olacaq" - deyə o qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də hər iki xalqın tarixində mühüm yeri olan Müstəqillik günləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonda mərkəzin şagirdlərinin ifasında musiqili-ədəbi kompozisiya təqdim olunub. Gürcü və Azərbaycan dillərində şeirlər səsləndirilib, mahnılar ifa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [18:04]
Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim
- 25.05.2026 [16:09]
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
- 25.05.2026 [13:03]