Niderland yığmasından dünya qadın seriyasının Şuşa mərhələsində ilk qələbə VİDEO



Şuşa, 12 iyun, Leyla Muradzadə, AZƏRTAC
Niderland milli komandası 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan seçmə Yaponiyanın G FLOU komandası ilə qarşılaşıb. Rəqibinə 15:9 hesabı ilə qalib gələn niderlandlı baksetbolçular hesablarına ilk xalı yazdırıblar.
Yarışda A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, “Neftçi” (Bakı) klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparır.
Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.