Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər Ağdam-Xankəndi yolundadır VİDEO
Ağdam, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolundadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, BQXK ilə əldə edilmiş razılığa uyğun olaraq, komitənin bir yük və iki minik avtomobilinin Ağdam-Xankəndi yolu ilə keçidi nəzərdə tutulur.
Avtomobillərdə aparılan yük Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılacaq.