FHN: Xankəndi yaxınlığında baş vermiş yanğınla bağlı axtarış-xilasetmə əməliyyatı yekunlaşıb, xilasedicilərimiz 48 nəfərin cəsədini çıxarıblar VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAС
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) axtarış-xilasetmə əməliyyatını sona çatdırıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.