Masallıda ticarət mərkəzində baş verən yanğın söndürülüb – YENİLƏNİB-2 VİDEO
Masallı, 6 oktyabr, AZƏRTAC
Bu gün saat 15:30 radələrində Masallı şəhərində ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.
16:20
Yanğın hadisəsi bu gün saat 15:30 radələrində Masallı şəhəri 20 Yanvar küçəsində yerləşən ikimərtəbəli “Sərfəli” Ticarət Mərkəzində baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda ərazidə yanğının söndürülməsi yönündə işlər aparılır.
Yanğının başvermə səbəbi hələlik bilinmir.
15:57
Masallı rayonunda yerləşən və “Köhnə bazar” kimi tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə barədə əlavə məlumat veriləcək.