Gəncə sakinləri İlham Əliyevin seçkilərdə inamlı qələbəsini böyük sevinclə qarşılayırlar VİDEO
Gəncə, 7 fevral, E.Məmmədov, AZƏRTAC
Gəncədə İlham Əliyevin növbədənkənar prezident seçkilərində inamlı qələbəsi bayram əhvali-ruhiyyəsi ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakinləri avtomobillərlə yürüş edərək, küçələrdə Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.