Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskar oğlu, bütün dövrlərin ən böyük azərbaycanlısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Sonra FHN-in inzibati binasında keçirilən tədbirdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının dahi rəhbərinə necə dərin və sonsuz məhəbbət hissi bəslədiyini parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov bildirib ki, hələ sovetlər dövründə respublikaya rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi yolunda mühüm addımlar ataraq, bugünkü müstəqilliyimizin ilkin təməllərini yaradıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən xaos, anarxiya fonunda yenicə əldə etdiyimiz müstəqilliyin itirilməsi, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda xalq öz xilaskarına müraciət etdi. Xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin həmin dövrdəki fəaliyyəti siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsidir. Müdrik uzaqgörənliyə, böyük siyasi və idarəçilik qabiliyyətinə, bənzərsiz təşkilatçılıq bacarığına, ən əsası, sonsuz Vətən sevgisinə malik dahi rəhbər xarici təhdidlər, hərbi təcavüz, daxili qarşıdurmalar, habelə sosial və iqtisadi fəlakət vəziyyətində olan ölkəni faktiki məhv olmaqdan xilas etdi, daxili və xarici qüvvələrin məkrli planlarını iflasa uğratdı. Beləliklə, Azərbaycan öz dahi Liderinin, böyük oğlunun səyləri nəticəsində tarixin ən çətin sınaqlarından şərəflə çıxaraq tərəqqi yolu ilə irəlilədi, dünya xəritəsində layiqli yerini tutaraq müstəqilliyini əbədi və dönməz etdi.

Xalqımız xoşbəxtdir ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursu hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müasir müstəqil, qalib Azərbaycan bütün sahələrdə əldə etdiyi uğurları ilə dünyanın diqqətindədir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa-quruculuq işləri bütün dünyanı heyran qoyub.

Kəmaləddin Heydərov fəxarət hissi ilə diqqətə çatdırıb ki, bu gün həm də Heydər Əliyev Fondunun 20 illik yubileyidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu özünün 20 illik fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, sosial və digər sahələrdə, xalqımızın mənəvi irsinin qorunması və təbliği, ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması və digər istiqamətlərdə böyük işlər görüb. Fondun vətəndaşların hər bir müraciətinə həssas yanaşması insanlara yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsi kimi cəmiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Həyata keçirilən layihələrin hamısı müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənir.

Sonra çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb. Ulu Öndərin xalqımızın müstəqilliyi uğrunda apardığı məqsədyönlü fəaliyyətinə toxunan deputat xalqımızın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qısa müddətdə ölkədə hökm sürən hərc-mərcliyə, anarxiya və xaosa, qardaş qırğını təhlükəsinə son qoyduğunu, Azərbaycanı davamlı və sürətli inkişaf yoluna çıxardığını xatırladıb. Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edir. Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir.

Tədbirə Kəmaləddin Heydərov əminliklə söyləyib ki, nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Telman İbrahimov: Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin inkişafında mühüm mərhələdir

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Rəşad Əzizov: Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır

Akif Quliyev: Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla birbaşa danışıqlar yolu ilə sülhə nail olmağın mümkünlüyünü sübut edib

Xalq yazıçısı: Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

İrakli Xodeli: Rəqəmsal mühitdə texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək

Almaniya şirkəti: Azərbaycanın iqtisadi inkişafı onun dünya bazarına çıxmasını zərurətə çevirib

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Tacikistanın mədəniyyət naziri: Süni intellekt dillərin inkişafına və mədəni irsin qorunmasına xidmət etməlidir

Qurbanmırat Mıradalıyev: Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır VİDEO

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır VİDEO

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır VİDEO

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır VİDEO

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır VİDEO

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq VİDEO

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas VİDEO

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas VİDEO

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib