2-ci Region kuboku” çempionatının açılışı keçirilmişdir
Bakı, 17 may (AZƏRTAC). Mayın 16-da Şövkət Orduxanov adına Qusar şəhər stadionunda şimal regionu üzrə “2-ci Region kuboku” çempionatının açılışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov yarış iştirakçılarına uğurlar arzulamışdır.
Topa ilk toxunuşu İsgəndər Cavadov və “Neftçi” PFK-nın Bürünc mükafatçısı veteran futbolçu Mübariz Zeynalov etmişdir.
AFFA-nın və Regional Futbol Federasiyaları İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan yarışda 17 komanda mübarizə aparır.
Şimal regionu üzrə ilk turun nəticələrinə görə A qrupunda “Sumqayıtspor”- “Çıraqqala” 0:5, “Nicat” -“ŞKGB” 8:1, B qrupunda isə “Şahdağ”- “Gənclik-95” 6:0, “Abşeron” - “Babək” 2:0 hesabları qeydə alınmışdır.
######
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
