Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər.

Konfransda əvvəlcə “Azərbaycanda məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər”ə dair videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edərək bildirib ki, demokratik cəmiyyətin əsas təməllərindən biri hüquqi dövlətdir: "Hüquqi dövlət quruculuğunda isə hakimiyyətlərin bölgüsü prinsipinin həyata keçirilməsi əsas şərtdir. Şarl Monteskyenin məşhur “Qanunların ruhu” əsərində qeyd etdiyi kimi məhkəmə hakimiyyəti qanunvericilik və icra hakimiyyətlərindən ayrılmadığı təqdirdə, heç bir azadlıqdan söz gedə bilməz. Müasir konstitusion quruluşun fundamental əsaslarından birini dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına ayrılması təşkil edir. Bu amil təmərküzləşmənin və hakimiyyətdən sui-istifadənin qarşısını alan, insan və vətəndaş hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratiyanın təminatına xidmət edən zəruri şərtdir. Hakimiyyət bölgüsünü təmin edən əsas element isə hər bir hakimiyyət qolunun malik olduğu səlahiyyətlərdir. Məhz müxtəlif hakimiyyət orqanlarına məxsus səlahiyyətlərin bir-birinə münasibətindən asılı olaraq hakimiyyət bölgüsünün nə dərəcədə düzgün və möhkəm olduğunu müəyyən etmək mümkündür. Hakimiyyətlərin bölgüsü prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qoludur. Məhkəmələr demokratik və hüquqi dövlətlərdə hüquq və azadlıqlarının, cəmiyyətin təməl dəyərlərinin qoruyucusudur. Əlbəttə ki, hakimiyyətin heç bir qolu təkbaşına mövcud ola bilməz, onlar digər qollarla vəhdətdə mövcud olur. Bu vəhdət onların səlahiyyətlərinin bölgüsünü təmin etməklə yanaşı, hakimiyyətin balanslı idarəçiliyinin həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda, çəkindirmə və tarazlaşdırma mexanizmi istənilən dövlət hakimiyyəti orqanları tərəfindən sui-istifadəni istisna edir".

Ramiz Rzayev vurğulayıb ki, məhkəmə hakimiyyəti əsas tarazlaşdırıcı mexanizm kimi dövlət hakimiyyəti sistemində qanunvericilik və icra hakimiyyətlərinin hüquq çərçivəsində fəaliyyət göstərmələri üçün onların işini istiqamətləndirir, dövlət hakimiyyəti orqanları arasındakı səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir: "Maraqlı faktdır ki, konstitusiya mətnlərində və doktrinalarda hakimiyyət bölgüsünü təşkil edən qolları sadalayarkən, məhkəmə hakimiyyəti qanunvericilik və icraedici hakimiyyətdən sonra sadalandığı üçün onu çox vaxt “üçüncü qol” adlandırırlar. Lakin bu, heç bir halda onun əhəmiyyətini və ya hakimiyyətin digər qollarına münasibətdə müstəqilliyini azaltmır. Üstəlik, qanunvericilik və icra hakimiyyətlərinin qarşılıqlı asılılığı parlament və ya prezident respublikası idarəetmə formasından asılı olaraq daha çox, ya da daha az ola bilər. Amma istənilən idarəetmə formasında məhkəmə hakimiyyəti digər qollardan eyni dərəcədə ayrı olur".

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında demokratik dövlətdə hakimiyyətlərin bölgüsünü sadəcə bir nəzəriyyə deyil, demokratiyanı canlı saxlayan, təmin edən və vətəndaşları hakimiyyətin bir mərkəzdə təmərküzləşməsindən qoruyan tarazlıq mexanizmi olduğunu deyib: "Hakimiyyət bölgüsü hər şeydən əvvəl təsisatlar haqqında anlayışdır, səlahiyyətlərin bölündüyü, tarazlandığı və məsuliyyət daşıdığı konstitusion qaydanın yaradılması deməkdir. Həmin strukturun sütunlarından biri kimi məhkəmə hakimiyyəti olduqca mühüm rol oynayır. Onun məqsədi qanunu ədalətlə, qorxu və ya üstünlük olmadan tətbiq etmək, eyni zamanda, icraedici və qanunverici hakimiyyət qolları ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu qorumaqdır. Əsl demokratiyada bu qollar rəqib deyil, onlar xidmətdə tərəfdaşdır, hər birinin fərqli vəzifələri var, lakin hamısı eyni məqsədi rəhbər tutur: ədalətin və qanunun aliliyinin qorunması yolu ilə xalqa xidmət etmək. Lakin hakimiyyət bölgüsü təkcə təsisatlarla bağlı deyil. O, həm də fərdlərlə bağlıdır. Hər bir təsisatın arxasında onu idarə edən insanlar dayanır. Həmin təsisatların dürüstlüyü, onları idarə edən və orada xidmət edən şəxslərin dürüstlüyündən doğur. Heç bir qanun, onu tətbiq edənlərin mənəvi gücü və vicdanı ilə idarə olunmasa, həqiqətən ədalətli ola bilməz və heç bir sistem dözə bilməz. Məhkəmə hakimiyyətinin müstəqilliyi bir imtiyaz deyil, bu, şəxsi məsuliyyətdir. Həmin mexanizm vətəndaşları lazımsız mühakimədən qoruyur, hakimiyyətin qanun qarşısında məsuliyyət daşımasını təmin edir və qanunun ədalətə sadiq qalmasına zəmanət verir. Eyni zamanda, həmin məsuliyyət məhkəmə hakimini borcuna, vicdanına və peşə etikasına bağlayır. Bundan əlavə, bu, qərəzsizliyi, yəni ağıl və məntiqi kölgələyən emosiyalardan, simpatiya və antipatiyadan uzaq qərar vermək qabiliyyətini tələb edir. Məhz buna görə də məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və təsisatlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və iradəsi ilə ölçülür. Çünki məhkəmənin müstəqilliyi məhkəmə zalında deyil, hakimin daxili dürüstlüyündən və mənəvi inamından başlayır. Bugünkü konfrans bizə bu əbədi prinsiplər üzərində düşünmək üçün dəyərli bir fürsət təqdim edir. Bu gün burada toplaşdığımız üçün söhbət təkcə institutlardan deyil, həm də bizdən – hakimlərdən getməlidir. Hakimiyyət bölgüsünün qorunmasında bizim şəxsi rolumuz nədir? Bizim borclarımız nələrdir? Cəmiyyət bizdən nə gözləyir? Bu baxımdan Azərbaycan bu yolda xeyli irəliləyiş əldə edib. Məhkəmə hakimiyyətinin müstəqilliyinin konstitusion qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində dərin və davamlı islahatlar aparılıb. Bu islahatlar məhkəmələri qanunçuluğun keşikçiləri və ədalət mühakiməsinin yekun hakimi kimi gücləndirib. Məhkəmələr sadəcə hökm çıxaran qurumlara deyil, etimad yaradan təsisatlara çevrilib".

İnam Kərimov vurğulayıb ki, ədalətə gedən yol heç vaxt tamamlanmır: “Qlobal məhkəmə icmasının üzvləri kimi hamımız ciddi çağırışlarla üz-üzəyik. Onların arasında populizm və dezinformasiyanın artması, məhkəmə qərarlarına təsir göstərmək cəhdləri, eləcə də ictimai etimadın möhkəmləndirilməsi zərurəti var. Texnologiyanın, süni intellektin və sosial medianın sürətli inkişafı həm yeni imkanlar, həm də risklər yaradır. İqlim dəyişikliyi isə məhkəmə hakimiyyətinin üzərinə yeni və mürəkkəb öhdəliklər qoyur".

Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov qeyd edib ki, məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər çox aktual, eyni zamanda, mürəkkəb bir mövzudur: "Hakimiyyət bölgüsü bir konsepsiya kimi sadəcə funksiyaların bölgüsü demək deyil, bu, əslində, cəmiyyətin maraqları əsasında məsuliyyətli yanaşmadır. Bu gün artıq bir hakimiyyət qolu digər hakimiyyət qolu arasında heç bir dominant mövqedə ola bilməz. Tarazlıq pozularsa, bu, xüsusilə məhkəmə hakimiyyətinin müstəqilliyinə zərbə vura bilər. Məhkəmə hakimiyyəti digər qollar arasında münasibətləri, dialoq və əməkdaşlığı ehtiva edir. Həmçinin məhkəmə hakimiyyəti hər hansı lazımsız təmaslardan və dövlət təsirindən azad olmalıdır. Hakimiyyətin üç qolu arasında dialoq qaçılmaz və zəruridir. Bu gün məhkəmə hakimiyyəti bəzən Monteskye qanunlarının ruhunda qeyd olunan formadan da artıq şəkildə fəaliyyət göstərir. Bu gün insan hüquqları ilə bağlı məhkəmələrdə xeyli işlər ortaya çıxır. Hakimlərin masasında belə işlərin sayı çoxdur. Hakimiyyət qolları arasında münasibətlərdən danışırıqsa, bu müasir dövlətin sütunları kimi deyil, bu günün reallığı kimi qəbul edilməlidir. Avropa İnsan Haqları Məhkəməsi hakimiyyət bölgüsünü şübhə altına almayıb. Ancaq hər zaman qarşılıqlı tənzimləmənin əsas olduğu vurğulanıb".

Beynəlxalq Hakimlər Assosiasiyasının Prezidenti Duro Sessa bildirib ki, məhkəmə hakimiyyətinin Avropa üzrə Şurası 2025-ci ildə Riqa Bəyanatı qəbul edib: "Bu çox mühüm və narahatlıq doğuran bir bəyanat idi. Bəyanata əsasən demək olar ki, Avropada qanunun aliliyi prinsiplərinin ciddi şəkildə pozulması ilə bağlı nümunələr var. Bu, çox geniş vüsət alan faktdır. Avropanın bəzi dövlətlərində məhkəmə hakimiyyəti ilə əməkdaşlıq həyata keçirilmir, məsləhətləşmələr aparılmır. Bu da onları zəruri islahatlardan kənarda qoyur. Bir sözlə, Avropada vəziyyət kifayət qədər ciddidir. Biz bunu etiraf etməli və buna qarşı mübarizə aparmalıyıq. Avropa Şurasında məhkəmə hakimiyyəti ilə bağlı ən birinci sənədlər hakimlərin fəaliyyəti ilə bağlı xartiyadır. Xartiyada qeyd olunur ki, hakimlərin müstəqilliyinin səviyyəsi heç zaman öz hüdudlarından kənara çıxmalı deyil. Yəni, biz məhkəmə hakimiyyətinin müstəqilliyini yüksək səviyyədə təmin etməliyik, lakin o, məlum olan səviyyəni keçməli deyil. Ümumiyyətlə, ədalətli məhkəmə araşdırması hüququ İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təmin olunur. Hakimlərin müstəqilliyi azadlığın, insan hüquqlarına hörmətin və qanunun qərəzsiz tətbiqinin təminatı kimi qiymətləndirilməlidir. Hakimin qərarı heç cür bu və ya digər təsirə məruz qala bilməz. Bu, qanuna əsaslanan bir qərardır. Əfv məsələlərinə hətta qanunvericilik və icra hakimiyyəti heç bir müdaxilə edə bilməz. Hakimlərin qərarlarının təfsilatı müstəqil şəkildə həyata keçirilməli hər hansı bir stereotipdən uzaq olmalıdır".

Beynəlxalq Hakimlər Assosiasiyasının Birinci Vitse-prezidenti və İbero - Amerika Qrupunun Prezidenti Volter Barone deyib ki, hazırda ispandilli Amerika Qrupunda məhkəmə hakimiyyəti ilə bağlı müstəqillik və əməkdaşlıq həssas balansın saxlanılmasında çətinliklərlə üzləşir: "İspandilli ölkələrdə məhkəmə hakimiyyəti ilə bağlı müşahidə edilən gərginliklər var. Bu dövlətlərin Konstitusiyasında məhkəmə hakimiyyətinin müstəqil qol olduğu qeyd edilir. Nəzəriyyədə üç hakimiyyət qolu ahəngdarlıq əsasında fəaliyyət göstərməlidir. Hər birinin limiti var və buna hörmətlə yanaşılmalıdır. Praktikada ispandilli ölkələrdə məhkəmə hakimiyyəti ən zəif hakimiyyət qoluna çevrilib. Latın Amerikasında məhkəmə hakimiyyəti icra və qanunverici orqanların təzyiqinə məruz qalır. Hakimlər, sadəcə, qanunu tətbiq etdiyinə görə hücuma məruz qalırlar. Hakimlər illik danışıqlar aparırlar ki, öz vəsaitlərini əldə edib fəaliyyətlərini icra edə bilsinlər. Hakimlərin təyinatına siyasi təzyiqlərin olması da məhkəmə qərarlarına təsir edir".

Beynəlxalq Hakimlər Assosiasiyasının vitse-prezidenti və Afrika Qrupunun Prezidenti Marsel Koassi çıxışında Afrika təcrübəsindən danışıb. Bildirib ki, Afrika ölkələrində ədliyyə hakimiyyətinin hesabatı büdcə avtonomluğunu təmin etmiş şəffaf yanaşmanın bariz nümunəsinə çevrilir: "Həmçinin ədliyyə hakimiyyəti tərəfindən təqdim edilən hesabat parlament tərəfindən həyata keçirilən nəzarət mexanizminə töhfə vermiş olur. İstənilən hakim tam sərbəst və azaddır, bu, fundamental keyfiyyətin bir zəmanətidir. Afrikada ədliyyə və digər hakimiyyət qolları arasında əlaqələr sürətlə inkişaf etməkdədir. Çoxtərəfli əməkdaşlıq prioritet olmalıdır. Real demokratiyanın həyata keçirilməsi təkcə ədliyyə hakimiyyətində deyil, digər hakimiyyət bölgülərində baş verməlidir".

Daha sonra təltifetmə mərasimi keçirilib. Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.

Konfransın davamında BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçisi professor Marqaret Sattertueyt videomüraciətində qeyd edib ki, hakimiyyətin siyasi qollarının qanunsuz hərəkətləri məhkəmə müstəqilliyinə ən güclü təhdidlərdən biridir. Bu zaman siyasi fəaliyyət və iradə məhkəmə müstəqilliyinin artırılması üçün vacibdir: “BMT-nin İnsan Hüquqları Çərçivəsi dövlətin digər iki qolundan müstəqil olan bir məhkəmə sisteminin mövcudluğunu tələb edir. İnsan hüquqlarının və daha geniş mənada demokratiyanın müdafiəsi üçün üç mühüm ilkin şərt var: qanunun aliliyinə, hakimiyyət bölgüsünə və məhkəmə sisteminin funksiyasına və müstəqilliyinə hörmət. Əgər hakimlər müstəqil deyillərsə, onlar qanunu güclü siyasi aktorlara bərabər tətbiq etməkdə və ya hökumətin təzyiqi qarşısında fundamental demokratik hüquqları müdafiə etməkdə çətinlik çəkə bilərlər. Struktur və funksional olaraq siyasi qurumlardan asılı olan ədliyyə sistemləri daha çox siyasi müdaxilə və hətta ələkeçirilmə riski altındadır. Beləliklə, BMT nöqteyi-nəzərindən məhkəmə sisteminin digər dövlət səlahiyyətlərindən struktur və funksional müstəqilliyi necə təmin edilə bilər? İnsan Hüquqları Komitəsi bu struktur tələblərdən bəzilərini qeyd edərək vurğulayıb ki, daxili qanunvericilik ədliyyə işçilərinin təyin edilməsi, mükafatlandırılması, vəzifədə qalması, yüksəldilməsi, fəaliyyətinin dayandırılması və vəzifədən azad olunması, habelə onlara qarşı tətbiq edilən intizam tənbehləri üçün aydın prosedurlar və obyektiv meyarlar müəyyən etməlidir. Müvafiq qaydada seçilmiş icra və ya qanunvericilik orqanı daxili hüquqi strukturları prosesdə bütün konstitusiya və ya qanuni tələblərə, o cümlədən beynəlxalq insan hüquqları hüququ ilə müəyyən edilmiş tələblərə cavab verərsə dəyişə bilər. Bununla belə, müstəqil və qərəzsiz məhkəmədə olan mütləq hüquq qalır və heç bir istisnaya məruz qala bilməz".

Daha sonra sual-cavab sessiyası təşkil olunub.

Sessiyadan sonra Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov beynəlxalq konfransa yekun vurub.

Bakıda “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub