Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yolu uşaq arabası ilə, körpələrlə birgə keçirlər...” – qaydaları pozan piyadalarla bağlı REPORTAJ VİDEO

Bakı, 20 oktyabr, Günel Türksoy, Səfiyar Məcnun, AZƏRTAC

Hər gün onlarla insan təkcə bir neçə dəqiqə vaxta qənaət etməkdən ötrü, yaxud başqa səbəblərdən həyatını riskə atır. Bir sıra hallarda piyadalar yeraltı və yerüstü keçiddən istifadə etmək əvəzinə, yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçir, nəticədə isə faciə qaçılmaz olur. Çünki qaydanı pozan piyada təhlükəsizliyini ikinci plana atır.

Paytaxt Bakıda piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yeraltı və yerüstü keçidlərin sayı kifayət qədərdir. Bəzi piyadaların niyə təhlükəsiz keçidi deyil, təhlükəli yolu seçməsi isə ictimai davranış məsələlərini bir daha gündəmə gətirir.

AZƏRTAC-ın əməkdaşları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) nümayəndəsi və nəqliyyat məsələləri üzrə ekspertin iştirakı ilə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində piyadaların öz həyatlarını riskə ataraq onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməsi prosesini yaxından müşahidə edib, həmçinin DYPİ əməkdaşlarının piyadalarla maarifləndirici söhbətini lentə alıb.

Beləliklə, iki saata yaxın davam edən müşahidələrimiz vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi. Ən təsiredici məqam isə valideynlərin körpə və məktəb yaşında olan uşaqları ilə birgə yolu keçməsi idi.

Piyadaların çoxu tələsdiyini, sürücülər isə bu vəziyyətdən əziyyət çəkdiklərini deyirlər

 

Çəkiliş zamanı qaydanı pozan piyadaların və onların bu nizamsızlığından narahat olan sürücülərin fikirlərini öyrəndik.

Piyada R.Əliyeva yeraltı metro keçidinin bir addımlıqda olmasını təsdiqləyir, ancaq istifadə etməyi lüzum bilmir. Eyni zamanda, məktəbli övladını da təhlükəyə atır, qaçaraq onunla birgə yolu keçir.

Piyada Ş.Yolçuyev isə Balakəndə yaşadığını, metronun “İnşaatçılar” stansiyasının ərazisində ilk dəfə olduğunu və yeraltı metro keçidini görmədiyini deyir. Ancaq bundan sonra bu ərazidən yolu keçərkən keçiddən istifadə edəcəyinə söz verir.

Müşahidəmiz zamanı gənc, qulağında iri qulaqcıq olan bir oğlanın da keçiddən istifadə etməməsi diqqətimizdən yayınmır. O, etdiyinə haqq qazandırır: “Mən diqqətliyəm, qulaqcığım mənə mane olmur, yola baxıram və keçirəm. Buna görə də keçiddən istifadə edib-etməməyim mənim üçün problem deyil”.

Bayaqdan çəkilişimizi izləyən piyada R.Cərullayev isə mikrofonumuza yaxınlaşır və piyadaların qaydalara əməl etməməsindən narahat olduğunu dilə gətirir, jurnalistlərin iştirakı ilə bu cür maarifləndirici tədbirlərin keçirilməsini müsbət qiymətləndirir: “Piyadalar yeraltı metro keçidlərindən istifadə etməlidir. Valideynlər yolu uşaq arabası ilə, körpələrlə birgə keçirlər. Mən də görürəm ki, piyadalar keçidlərdən istifadə etmir. Hesab edirəm ki, onların qaydalara riayət etməsi üçün yüksək cərimələr tətbiq edilməlidir. Mən bir neçə dəfə piyadaların iştirakı ilə baş verən yol-qəza hadisələrinin şahidi olmuşam. Bəlkə bir sürücünün səhhəti qəfil pisləşdi, hər şey ola bilər...”

Sürücü J.Vəliyevanın isə istəyi ondan ibarətdir ki, bütün piyadalar yol hərəkəti qaydalarına əməl etsinlər: “Yol hərəkəti iştirakçılarının piyada keçidindən istifadə etməsi biz sürücülərin işini yüngülləşdirər. Əks halda, piyadalar həyatlarını riskə atmış olurlar. Bu vəziyyət onlar üçün həyati təhlükə daşıyır. Xüsusən də gecə saatlarında işıqlandırılmayan ərazilərdə piyadalar yoldan keçdikdə bizə daha da çətinlik yaradırlar. Fikrimiz yayınar və qəza şəraiti yarada bilərik, piyada ölümü hadisəsi baş verə bilər, başqa avtomobillərə ziyan vurarıq”.

Sürücü Q.Rəsulov piyadaların az qala özünü maşının qabağına atmasından gileylənir, bundan əziyyət çəkdiyini bildirir: “Piyadaların yolun hərəkət hissəsindən keçməsi və qəza şəraiti yaratması halı ilə çox rastlaşmışıq. Bu zaman az qalır ki, adamın ürəyi partlasın. Mən adətən gecə saatlarında maşın sürmürəm. Elə an ola bilər ki, qəza, yaralanma halı qaçılmaz ola bilər. Çünki piyadalar yolu haradan və necə gəldi keçirlər. Çoxu da balaca uşağı ilə qaçaraq yolu keçir”.

Sürücü E.Nəbiyev də piyadaların keçiddən istifadə etməməsindən narazıdır: “Bu vəziyyət bizim maşını idarə etməyimizə mane olur. Öndəki sürücü qəfil əyləci basır və hadisə qaçılmaz olur. Ən çox da gecə vaxtı piyadalar yolu keçərkən bizim hərəkətimizə çətinlik yaradırlar. Qarşı tərəfdən gələn maşının işıqları digər sürücünün gözünə təsir edir. Bu zaman görmədə problem yaranır. Piyada keçidi olan ərazilərdə isə qoyulan sürətlə hərəkət edirsən, bu zaman qəfil kimsə yola çıxır. Xüsusilə də, yaşlı adamların yolun hərəkət hissəsinə çıxması bizə mane törədir”.

Yol polisi: 20 manat cərimə də nəzərdə tutulub

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli AZƏRTAC-a açıqlamasında yol polisləri tərəfindən paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların rahat və fasiləsiz iştirakının təmin olunması, eyni zamanda, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət profilaktik tədbirlər həyata keçirildiyini bildirib. O, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsindəki mövcud durumla bağlı deyib: “Gördüyünüz kimi, dəfələrlə edilən xəbərdarlıqlara və inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi piyadalar yolu yenə də onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçir. Nəticədə xoşagəlməz hallar baş verir. Apardığımız araşdırmalar onu göstərir ki, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti əsasən sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan ərazilərdə və onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdə baş verir. Piyada onun hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçməklə həm özünü, həm də sürücülərin həyat və sağlamlığını təhlükə altına atır. Təbii ki, belə hal aşkar olunduğu təqdirdə piyadalar barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən müvafiq tədbir də nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, piyadalardan xahişimiz, eyni zamanda, tələbimiz ondan ibarətdir ki, onlar qaydalara ciddi şəkildə riayət etsinlər. Əsas məqsədimiz piyadaların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının minimuma enidirilməsidir. Piyadalar da öz üzərinə düşən vəzifələri düzgün şəkildə yerinə yetirməlidir”.

Ekspert: Valideynlər yol hərəkəti qaydalarını uşaqların gözü önündə pozurlar

Piyadaların hərəkətini AZƏRTAC-ın əməkdaşları ilə birlikdə izləyən nəqliyyat üzrə ekspert Elməddin Muradlı problemə bir neçə aspektdən toxunub. Ekspert qeyd edib ki, piyadaların yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi ilə bağlı vəziyyət heç də ürəkaçan deyil: “Son dövrlərdə qəzalarla bağlı yayılan videogörüntülərdən də müşahidə edirik ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyadaların səhvi ucbatından baş verir. Bu da həm sürücü, həm də piyada üçün itki deməkdir. Sürücü piyada ölümü və ya xəsarət alması ilə nəticələnən hadisələr zamanı məsuliyyətə cəlb edilir. Piyada isə ya ömürlük şikəst qalır, ya da həyatını itirir. Təəssüf ki, valideyn yol hərəkəti qaydalarını uşaqların gözü önündə pozur. Uşaqlar da valideynlərinin etdiklərindən təsirlənirlər. Məsələ burasındadır ki, bu gün piyadalara qarşı inzibati metodlarla mübarizə bir qədər zəifdir. Bu mübarizəni gücləndirmək lazımdır. Əvvəlki dövrlərdə inzibati metodlarla aparılan işlər yaxşı nəticələr vermişdi. Ancaq son dövrlərdə müşahidə etdiyimiz kimi, vəziyyət dəyişməyib. Abbas Mirzə Şərifzadə küçəsində yeraltı metro keçidi olsa da, piyadalar ondan istifadə etmir. Onu da deyim ki, bu cür aşağısürətli yollarda yerüstü keçidlərə, metro keçidlərində isə uşaqlar və əlil arabası üçün pandusların olmasına ehtiyac var”.

Ekspert təəssüf hissi ilə vurğulayıb ki, piyadavurma hallarının əksəriyyəti piyada keçidlərinin yaxınlığında baş verir: “Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında hərəkət intensivliyinə baxsaq, işıqforla nizamlanan yerüstü keçidlərin quraşdırılması mümkündür. Bir çox ölkələrin təcrübəsində yeraltı keçidlərlə yanaşı, eynisəviyyəli zebralar, keçidlər də quraşdırırlar. Bu da piyadalar üçün daha yaxşı şəraitin yaradılması deməkdir. Ancaq biz yeraltı keçidin üstünə zebra da qoysaq, yenə də görəcəyik ki, yolun hərəkət hissəsindən keçən piyadalar var. Piyadaların demək olar ki, keçidlərə münasibəti dəyişmir. Biri ayağının ağrıdığını, biri tələsdiyini bəhanə edir. 10 metr məsafəni belə qət etməyə ərinirlər və bu da son nəticədə faciələrə gətirib çıxarır.

İl ərzində onlarla piyada vurma hadisəsi baş verir ki, onların da bir neçəsi ölümlə nəticələnir. İndiyə qədər Dövlət Yol Polisi əməkdaşları, ekspertlər, fəal insanlar tərəfindən piyadalara müxtəlif çağırışlar edilib, qaydalar izah olunub. Ancaq gördüyünüz kimi, inzibati metodlar olmadan qaydalara əməl etmirlər. Hesab edirəm ki, bu məqamda cərimə mexanizmi işə düşməlidir. Sürücülər də piyadaların məsuliyyətdən kənarda qalmasını istəmir”.

Qaydalara əməl etmək hər kəsin borcudur

Nəticə etibarilə tələskənlik, qaydaları pozmaq heç də xoş mənzərə yaratmır. Nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydaları piyadaların hərəkətini məhdudlaşdırmaq üçün deyil, onların həyatını qorumaq məqsədi daşıyır. Qanuna əməl etmək həm hüquqi, həm də mənəvi borcumuzdur.

“Yolu uşaq arabası ilə, körpələrlə birgə keçirlər...” – qaydaları pozan piyadalarla bağlı REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO