Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də “Gülüstan” sarayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransdan öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra iştirakçılar Zəfər parkında olub, buradakı abidə önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında Konstitusiyanın 30 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Fərhad Abdullayev açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarının adından dövlətimizin başçısı İlham Əliyevə dərin məzmunlu müraciətinə görə minnətdarlığını bildirib. Sədr xarici ölkələrdən Bakıya gələn qonaqları, eləcə də dövlət orqanlarının, ictimai təşkilatların rəsmilərini salamlayaraq tədbir iştirakçılarını 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, xüsusilə dövlətimizin Əsas Qanununun 30 illik yubileyi münasibətilə təbrik edib.

Fərhad Abdullayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müstəqil dövlətçiliyimizin əsas sütunu olan Konstitusiyamızın ali dəyərini bir daha vurğulayır. Diqqətə çatdırılıb ki, dövlətin qanunvericilik sisteminin bünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatçısı kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri ölkənin Əsas Qanununun qəbulu ilə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunub. Bu tarixi hadisə ilə respublikamızın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm mərhələsi başlayıb.

Vurğulanıb ki, geridə qalan üç onillik ərzində Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti sistemini müəyyənləşdirən, siyasi strategiyaları və normativ əsasları tənzimləyən, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təsbit edən əsas hüquqi sənədə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsiplər keçmişlə gələcəyin harmoniyalı ifadəsidir. “Yubileyini qeyd etdiyimiz Konstitusiya hər birimizin sərvətidir. Zaman ötür, nəsillər dəyişir, Konstitusiya isə alidir, dayanıqlıdır. Zamanla Əsas Qanunda müəyyən dəyişikliklər edilir, amma Konstitusiya ilə təsbit edilmiş əsas dəyərlər, prinsiplər, Konstitusiyanın fəlsəfəsi dəyişmir. Bizim vəzifəmiz bu dəyərlərdən ruhlanaraq qanunvericiliyi yeni çağırışlara cavab verə biləcək şəkildə inkişaf etdirməkdir” - deyə Fərhad Abdullayev bildirib.

Məlumat verilib ki, 1995-ci il Konstitusiyası müstəqilliyimizin hüquqi əsasını qoyubsa, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi bütün ərazimizdə bərqərar edilib. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib, beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təmin edilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyük Qələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyət çağırışıdır. Qarşımızda duran vəzifə - Əsas Qanunun dəyərlərini qorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.

Sədr qeyd edib ki, bu il “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bu medal dövlətimizin konstitusiya dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda qazandığı nailiyyətlərin rəmzi ifadəsidir. “Konstitusiya Məhkəməsi də bu istiqamətdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcək, qanunvericiliyin müasir sosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi mənasına və ruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcək. Əminəm ki, tədbir zamanı bizi olduqca maraqlı, faydalı çıxış və müzakirələr gözləyir”,- deyə Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının, demokratik dövlət kimi formalaşmasının və inkişafının görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlı olduğunu deyən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib: “Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulmasıdır. Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür. Təsadüfi deyil ki, ölkəmizin Ali Qanununun ən böyük fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, habelə həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarlar müstəqil dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoydu. Konstitusion dəyişikliklər və normativ hüquqi bazanın təkmilləşdirilməsi qanunun aliliyinin təmin olunmasına, demokratik idarəetmə və hüquqi dövlət prinsiplərinin inkişafına əlverişli şərait yaratdı. Xüsusən də, insan hüquqları sahəsində davam etdirilən islahatlar bu sahəyə verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi nümayiş etdirməklə yanaşı, beynəlxalq tərəfdaşlıq üçün etibarlı və dayanıqlı mühit formalaşdırdı. Təsadüfi deyil ki, ölkəmiz son illər insan hüquqları sahəsində irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən həmin hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata keçirilməsində xüsusi rolu olan Ombudsmanın mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması ilə bağlı qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edildi, yeni fəaliyyət istiqamətləri müəyyən olundu”.

Asiya Ombudsman Assosiasiyasının sədri, Pakistan Federal ombudsmanı Ejaz Ahmad Qureşi Pakistanın Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladıb: “1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bu gün Azərbaycan və Pakistan arasındakı əlaqələr qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərdiyi humanitar dəstək, diqqət və qayğı xüsusi qeyd olunmalıdır”.

Pakistan Federal Ombudsmanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ölkənin suverenliyini, bərabərliyini və hüquqi dövlət prinsiplərini özündə ehtiva edir. Bu ali sənəd insan hüquq və azadlıqlarını təmin edir, qanunun aliliyini əsas tutaraq cəmiyyətin demokratik inkişafına istiqamət verir: “İnsan hüquqlarının müdafiəsi baxımından insan hüquqları müvəkkili (ombudsman) institutlarının yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu institutlar vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır”.

Ejaz Ahmad Qureşi çıxışının sonunda Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü və Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avropa Hüquq İnstitutunun sədri Teresa Rodriguez de las Heras Ballell gələcək üçün hüquqi bazanın hazırlanması zamanı hibrid cəmiyyətlərin gələcəyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insan-süni intellekt-hibrid cəmiyyətləri hazırlanmalıdır: “Biz öz hüquqi bazamızı bu çağırışlara necə hazır edə bilərik? Burada cəmiyyətlərin və iqtisadiyyatların hibridləşməsi prosesindən söhbət gedir. Konstitusiya təbəqəsində həm dövlət qulluqçuları həm də özəl sektor tərəfindən süni intellektin daha geniş istifadəsinə yol açmalıyıq. Birincisi, biz tamamilə insan hüquqları, vətəndaş azadlıqlarının təmin edilməsini davam etdirməliyik. Lakin süni intellekt bunlara əməl etsə də bu, kifayət etmir. Ola bilər ki, müəyyən qadağa və məhdudiyyətlər olsun və həm dövlət, həm də özəl sektor tərəfindən süni intellektin istifadəsində tətbiq olunsun. Onlar süni intellektdən istifadə etdikdə müəyyən qadağa və məhdudlaşmalara yol açmalıdırlar. Bunu biz Avropa İttifaqında süni intellekt haqqında Aktın qəbul olunması zamanı etdik. Süni intellektlə bağlı qanuna yenidən baxmalı, hansı model hüquqları yaratmalı olduğumuz barədə fikirləşməliyik. Süni intellekt yeni risklər yaradır. Ona görə də bu sahəyə öhdəliklərlə bağlı olan qaydaların da tətbiqi vacibdir. Birlikdə işləməli, yeni çağırışları nəzərə alaraq qanunvericilik bazasının yenilənməsi haqqında düşünməli və gələcəyin hibrid cəmiyyətlərinə hazır olmalıyıq. Gələcək cəmiyyətlərdə həm süni intellekt, həm də insanlar birlikdə yaşayacaqlar. Ona görə də elə etməliyik ki, hibrid cəmiyyətlər demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslansın. Əminəm ki, birlikdə buna nail olacağıq”.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə çıxışında Konstitusiyanın hüquqi dövlətdə və müasir cəmiyyətdəki mühüm rolunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası olduqca çətin və məsuliyyətli bir dövrdə qəbul edilib. Həmin illərdə dövlətimiz öz müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, Konstitusiyamız milli dəyərləri, prinsipləri və dövlətçiliyin əsas standartlarını özündə ehtiva edir. Bu ali sənəd, həmçinin ümumbəşəri dəyərlərə sadiqliyi ifadə edir və dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyini əks etdirir. Faktiki olaraq, Qarabağ torpaqları işğal altında olarkən, Konstitusiyanın bəzi müddəalarının tam şəkildə həyata keçirilməsi müəyyən məhdudiyyətlərlə üzləşmişdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bu müddəalar tam bərpa olunub. Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarımızda ucaldılıb, dövlət sərhədlərimiz bərpa olunub. Bu, Konstitusiyanın müddəalarının real şəkildə həyata keçirilməsi və ona yeni nəfəs verilməsi deməkdir”,- deyə G.Kərimov diqqətə çatdırıb.

O əlavə edib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş həmvətənlərimiz artıq öz torpaqlarına qayıdırlar. “Bu, həm Azərbaycan xalqının ləyaqətinin qorunması, həm də Konstitusiyanın əsas prinsiplərinin gerçək həyatda təsdiqi deməkdir. Məhz şanlı Zəfər nəticəsində Konstitusiyamızın bütün müddəaları tam şəkildə bərpa olunub”.

Tədbir Türkiyənin ədliyyə nazirinin müşaviri Muharrem Kılıçın moderatorluğu ilə “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusunda panel iclası ilə davam edib.

İclasda Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia, Ankara Universitetinin professoru Cavid Abdullazadə, Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu, Özbəkistanın Ali Məclisinin insan hüquqları üzrə müvəkkili (ombudsman) Feruza Eşmatova, Qazaxıstanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Artur Lastayev çıxış ediblər.

Daha sonra tədbir müzakirələrlə davam edib.

Prezident Administrasiyasının Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçən “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” mövzusunda ikinci panel iclasda Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldovanın uşaq hüquqları üzrə xalq vəkili Vasile Koroy, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Bəhreyn Krallığının müstəqil ombudsmanı Ghada Hameed Habib, Gürcüstan xalq müdafiəçisi (ombudsman) Levan İoseliani məruzə ilə çıxış ediblər.

İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının Baş katibi, Pakistan Vergi Ombudsmanının hüquq müşaviri Almas Ali Jovindahın moderatorluğu ilə keçən “Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi” mövzusunda üçüncü panel iclasda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Türkiyə Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının üzvü Vedat Ali Tektaş, Qırğızıstanın ombudsmanı Jamilia Jamanbaeva, Taylandın Konstitusiya Məhkəməsinin hakimi Noppadon Teppitak, Milli Məclis Aparatının rəhbəri, HEQT Mərkəzinin Müşahidə Şurasının üzvü Fərid Hacıyev məruzələrlə çıxış ediblər.

Çıxışçılar, o cümlədən qonaqlar tədbir iştirakçılarına Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu yubileyi münasibətilə təbriklərini çatdırıblar.

Konfransın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitq ilə çıxış edib.

 

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb