Amerikalı ekspert: Şimal-Cənub dəhlizinin açdığı perspektivlər maraqlıdır VİDEO
Vaşinqton, 17 noyabr, AZƏRTAC
Şimal-Cənub dəhlizinin açdığı perspektivlər maraqlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold deyib.
O bildirib ki, Şərq-Qərb istiqamətində ticarətə açıq-aydın çox böyük tələbat var. Rusiya və Çinin təsirlərindən iqtisadi suverenlik əldə etmək üçün Mərkəzi Asiya ölkələrinin Qafqazla birləşməsinə böyük maraq var.
“Şimal ilə Cənub arasında Şərq və Qərbdəki kimi eyni güc birliyini görmürük və açığı, burada sanksiyalar məsələsi də var. Həm Rusiya iqtisadiyyatı, həm də İran iqtisadiyyatı beynəlxalq səviyyədə ağır sanksiyalara məruz qalır ki, bu da tranzit ölkələr üçün problem yarada bilər. Əlbəttə ki, Cənubda Hindistan və Pakistan Qafqaz və Mərkəzi Asiya ilə əlaqə qurmağa çalışır. Lakin hazırda Hindistanla Pakistan arasındakı münasibətlərdə həll edilməli əhəmiyyətli beynəlxalq problemlər var. Bundan əlavə, hazırda Pakistanla Əfqanıstan arasında problemlər mövcuddur və rəsmi Kabil təəssüf ki, hazırda sanki bir növ maneədir. Beləliklə, bunun yeganə yolu İrandan keçməkdir ki, bu halda Hindistan, Pakistan və digərləri üçün sanksiyalar məsələsi əsas mövzu olaraq qalır”,- deyə ekspert əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton