İTSDA-nın hazırladığı Xidmətlər Zərfində fizioterapiya və reabilitasiya xidmətləri ilə bağlı say göstərilib VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən Xidmətlər Zərfi hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Xidmətlər Zərfində fizioterapiya və reabilitasiya xidmətləri də il ərzində bəlli bir sayda nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Hematologiya - Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, hər bir şəxsin müraciət etdiyi gündən ala biləcəyi xidmətin sayı da bəllidir: "Ola bilər ki, vətəndaşın 30 və ya 50 prosedurdan sonra əlavə prosedur keçməyə ehtiyacı yaransın. Bu halda bir hissə icbari tibbi sığorta hesabına qarşılanacaq, digər hissə isə ödənişli olacaq”.