Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya, texnologiya, ekologiya” respublika elmi konfransının açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans ADPU, Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə baş tutub.

ADPU-nun rektoru professor Cəfər Cəfərov akademik Yusif Məmmədəliyevin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı rolundan danışıb. Rektor bildirib ki, akademik Yusif Məmmədəliyevin yalnız Azərbaycan elminin deyil, həmçinin dünya kimya elminin inkişafında müstəsna xidmətləri olub. Onun elmi fəaliyyəti neft-kimya sahəsində fundamental tədqiqatların əsasını qoyub, respublikamızda bu istiqamətdə elmi məktəbin formalaşmasına və beynəlxalq elmi nüfuzun artmasına ciddi töhfə verib. Qeyd edilib ki, Ali Pedaqoji İnstitutun (indiki ADPU) məzunu olan Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi ölkəmizdə elmin idarə olunması, elmi-tədqiqat institutlarının təşkili və kadr potensialının formalaşdırılması sahəsində əvəzsiz xidmətlər göstərib, alimin təşəbbüsü ilə yaradılmış elmi müəssisələr bu gün də ölkəmizin elmi və sənaye potensialının inkişafında mühüm rol oynamaqdadır. ADPU-da akademikin xatirəsinin əbədiləşdirilməsi və onun elmi irsinin təbliği barədə söz açan rektor qeyd edib ki, universitetdə alimin adını daşıyan auditoriya fəaliyyət göstərir, eyni zamanda, Kimya və biologiya fakültəsinin yüksək akademik göstəricilərə sahib tələbələri üçün akademik Yusif Məmmədəliyevin adını daşıyan təqaüd təsis olunub. Konfransın əhəmiyyəti barədə danışan Cəfər Cəfərov yubiley tədbirinin akademik Yusif Məmmədəliyevin çoxşaxəli fəaliyyətinin daha dərindən öyrənilməsinə, onun ideyalarının elmi və mənəvi baxımdan gələcək nəsillər üçün nümunə kimi təqdim olunmasına xidmət edəcəyinə və yeni elmi nailiyyətlərin qazanılmasına töhfə verəcəyinə əminlik ifadə edib.

Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyevin elmi irsi barədə geniş məruzə ilə çıxış edib. O, görkəmli alimin XX əsr kimyasına verdiyi töhfələri, xüsusilə də neft-kimya proseslərinin elmi əsaslarının yaradılması, kataliz və üzvi sintez sahəsində apardığı fundamental tədqiqatların müasir elmin inkişafına açdığı yol haqqında danışıb. Qeyd edib ki, Yusif Məmmədəliyev tərəfindən neft karbohidrogenlərinin çevrilmə mexanizmlərinin müəyyən edilməsi, həmçinin yüksək oktanlı benzin alınmasına dair araşdırmalar təkcə Azərbaycan elmi üçün deyil, dünya neft sənayesi üçün strateji əhəmiyyət daşıyır. Məruzəçi alim, həmçinin Y.Məmmədəliyevin rəhbərlik etdiyi elmi məktəbin bu gün də aktuallığını qoruduğunu, institutlarda və universitetlərdə davam edən fundamental və tətbiqi tədqiqatların məhz onun yaratdığı elmi bazaya söykəndiyini xüsusi vurğulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, konfransda ölkənin əsas ali təhsil və elmi-tədqiqat müəssisələrindən olan alim və tədqiqatçılar iştirak edirlər. İki gün müddətində keçiriləcək konfrans 3 istiqamət üzrə 5 bölmə iclası ilə davam edəcək. Konfransda 240-dək məruzənin təqdim edilməsi nəzərdə tutulur. Prorektor “Görkəmli təşkilatçı lider alim və ictimai xadim” adlı geniş məruzəsində akademik Yusif Məmmədəliyevin təkcə elm adamı kimi deyil, eyni zamanda, təşkilatçı rəhbər və ictimai xadim kimi çoxşaxəli fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, akademik Yusif Məmmədəliyev Azərbaycanın elmi idarəetmə sisteminin formalaşmasında mühüm rol oynayıb. Xüsusilə, alimin 1945-ci ildə Milli Elmlər Akademiyasının yaradımasında vacib rol oynayan şəxslərdən biri olduğunu qeyd edən prorektor bildirib ki, onun bu quruma rəhbərliyi dövründə elmi-tədqiqat müəssisələrində yeni laboratoriyalar yaradılıb, müasir elmi avadanlıqlar tətbiq olunub, gənc tədqiqatçıların yetişməsi üçün xüsusi elmi mühit formalaşdırılıb. Görkəmli alimin mühüm töhfələrindən biri də Azərbaycan kimya elminin beynəlxalq arenada tanıdılması, dünyanın aparıcı elmi mərkəzləri ilə əlaqələrin qurulması olub. Asəf Zamanov bildirib ki, alim tərəfindən katalitik proseslərin inkişafına dair təkliflər dövrün elmi-texniki siyasətində prioritet sayılırdı və sənaye müəssisələrində tətbiqi üçün xüsusi laboratoriyalar yaradılmışdı. Yusif Məmmədəliyev yüksək elmi biliklərlə yanaşı, böyük idarəçilik bacarığına, pedaqoji səriştəyə və geniş ictimai nüfuza sahib şəxsiyyət idi.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, NDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Dosent Elsevər Əsədov və digər çıxışçılar alimin Azərbaycan elminə verdiyi töhfələrdən söz açıblar.

Konfrans “Kimyanın aktual problemləri”, “Yaşıl enerji və ekoloji problemlər” və “Kimyanın tədrisinin müasir üsulları” mövzularında bölmə iclasları ilə davam edib. Konfransın sessiyalarında neft-kimya prosesləri, yaşıl texnologiyalar, ekoloji dayanıqlıq, yeni katalizatorların hazırlanması və kimya tədrisində innovativ yanaşmalar kimi mövzular üzrə elmi məruzələr təqdim olunacaq.

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram