Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda utilizasiya prosesi sürətlənir: 1957-ci ilin “Pobeda”sından ağır texnikaya qədər – REPORTAJ VİDEO

Bakı, 28 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı artıq bir ildən çoxdur ki, həyata keçirilir və bu müddətdə ölkənin avtomobil parkında nəzərə çarpacaq yenilənmə baş verib.

AZƏRTAC-ın əməkdaşları Bakıda yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsindən reportaj hazırlayıb.

“Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, ötən ilin oktyabrından bu günə qədər 16 mindən çox nəqliyyat vasitəsi utilizasiyaya qəbul edilib. Proses gündən-günə genişlənir və müraciətlərin sayı artmaqdadır. Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Hazırda ölkədə üç utilizator – Bakıda “FORS” MMC, Abşeronda “Fast Track” MMC və Gəncədə “Semsan” MMC fəaliyyət göstərir.

 

Köhnə və təhlükəli nəqliyyat vasitələri üçün yeni mərhələ

Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib. Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.

Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür. “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 16100 nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.

Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsinə 889 ədəd yerli istehsal olan yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 950 min manat birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib.

Bakı liderdir – 12 minə yaxın nəqliyyat vasitəsi təhvil verilib

Hazırda Bakı utilizasiya prosesində fəallığı ilə seçilir. Təkcə Bakı şəhərində 12 minə yaxın avtomobil təhvil verilib. Abşeron və Gəncədə isə ümumilikdə 4 mindən çox nəqliyyat vasitəsi utilizasiya olunub. Əvvəllər müraciətlərin əksəriyyəti minik avtomobilləri ilə bağlı idisə, son aylarda kənd təsərrüfatı, sənaye və tikinti texnikasının utilizasiyasında da artım qeydə alınır. Bu günə qədər 100-ə yaxın kənd təsərrüfatı texnikası və 30-dan çox sənaye-tikinti texnikası utilizasiya olunub.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Təmiz Şəhər” ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov bildirib. Onun sözlərinə əsasən, Dövlət proqramı həm ekoloji təhlükəsizliyin təmin olunması, həm yol hərəkəti təhlükəsizliyinin artırılması, həm də yerli avtomobil istehsalının stimullaşdırılması baxımından mühüm rol oynayır. M.Laçınov qeyd edib ki, proses tam könüllülük əsasında həyata keçirilir və hər bir vətəndaş üçün prosedur maksimum sadələşdirilib.

Nazirlər Kabinetinin qərarına görə, utilizasiya üçün təqdim olunan nəqliyyat vasitələrinin kateqoriyasından asılı olaraq müxtəlif güzəştlər və birdəfəlik ödənişlər tətbiq olunur. M1 kateqoriyalı minik avtomobilləri üzrə güzəşt 1500 manat, birdəfəlik ödəniş isə 1050 manat təşkil edir. Digər kateqoriyalar üçün bu məbləğlər 2000 və 3000 manat arasında dəyişir.

SSRİ-dən qalmış avtomobillərdən qəza avtomobillərinə qədər – “park” yenilənir

Bu il utilizasiya üçün təhvil verilən nəqliyyat vasitələri arasında ölkənin avtomobil tarixinin nadir nümunələri də yer alıb. 1957-ci və 1959-cu illərin istehsalı olan “Qaz-21”, “Qaz-69” və “Pobeda M-20” modelləri artıq utilizasiya edilib. Bu fakt həm ölkədə uzun illər istismarda olan nəqliyyat vasitələrinin çoxluğunu, həm də proqramın vacibliyini göstərir.

AZƏRTAC-a açıqlamasında “Fors” MMC-nin direktoru Sahib Əliyev bildirib ki, utilizasiya prosesi müəssisədə tam ekoloji normalara uyğun həyata keçirilir. “Nəqliyyat vasitəsi müəssisəyə gətirildikdən sonra əvvəlcə təhlükəli tullantılar – akkumulyator, yanacaq, sürtkü materialları təhlükəsiz şəkildə ayrılır, daha sonra avtomobil metal hissələrə bölünmək üçün xüsusi şredderə yönləndirilir”, - deyə S.Əliyev qeyd edib.

Onun sözlərinə görə, proqramın ilk aylarında müraciətlərin sayı xeyli yüksək idi, çünki ölkədə sovet dövründən qalmış köhnə avtomobillərin sayı çox idi. Hazırda isə belə nəqliyyat vasitələri azaldığından müraciətlərdə müəyyən stabillik müşahidə olunur.

Utilizasiya olunan nəqliyyat vasitələri arasında əsasən köhnə sovet avtomobilləri üstünlük təşkil etsə də, bəzən cəmi bir neçə il istismar olunan, lakin qəza nəticəsində yararsız hala düşmüş maşınlar da prosesə təqdim olunur. Bu isə proqramın yalnız köhnəlmiş avtomobillərin deyil, yol hərəkəti təhlükəsizliyinə təhlükə yaradan bütün nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasına xidmət etdiyini göstərir.

Ümumilikdə, utilizasiya proqramı könüllülük əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Proqramın əsas məqsədi ölkənin avtomobil parkını yeniləmək, ekoloji riskləri azaltmaq və təhlükəli nəqliyyat vasitələrinin istismardan çıxarılmasını stimullaşdırmaqdır. Hazırkı dinamika onu göstərir ki, bu məqsədlərə doğru ciddi addımlar atılır və Azərbaycanın nəqliyyat sisteminin daha təhlükəsiz və ekoloji cəhətdən təmiz olması istiqamətində davamlı irəliləyiş var.

Azərbaycanda utilizasiya prosesi sürətlənir: 1957-ci ilin “Pobeda”sından ağır texnikaya qədər –  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər