Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sevgi ilə böyüyən ümidlər: daun sindromlu Harun, Əhməd və Yusifin hekayəsi - REPORTAJ VİDEO

Bakı, 1 dekabr, Günel Türksoy, AZƏRTAC

Hər birimizin ya daun sindromlu tanıdığı var, ya yaxınlardan kimsə bu sindromla doğulub, ya da ən azından daun sindromlu insanlarla eyni cəmiyyətdə yaşayırıq. Daun sindromlu uşaqların dünyası adətən düşündüyümüzdən daha fərqli və rəngarəng olur. Onları bəzən ‘Günəşin uşaqları” da adlandırırlar. Bu isə təsadüfi bir bənzətmə deyil. Çünki Günəş hər yeri işığı ilə isitdiyi kimi bu uşaqların da enerjisi, üzlərindəki məsum təbəssüm ətrafa nur saçır. Daun sindromlu uşaqların qəlbindəki sevinc və mehribanlıq elə həmin Günəş işığı kimidir - hər kəsə yetən, heç nədən çəkinməyən və sönməyən. Cəmiyyətdə onların varlığı insanın içində ən sadə, ən təmiz duyğuları oyadır.

AZƏRTAC-ın əməkdaşları bu dəfə daun sindromlu istedadlı uşaqların izinə düşərək onların yoluna işıq tutmağa çalışıblar.

Daun sindromlu Harun, Əhməd və Yusif müxtəlif bacarıqları ilə heç də digər uşaqlardan fərqlənmirlər. Onlar rəqs etməyi, mahnı oxumağı və şeir söyləməyi bacaran, səmimi gülüşləri ilə insanları heyran edən və həyat eşqi ilə fərqlənən üç möhtəşəm uşaqdır. Onların həyata pozitiv baxışları hər kəsə ilham verəcək.

Bu məqamda qeyd etmək yerinə düşər ki, daun sindromu ilk dəfə 1866-cı ildə ingilis alimi Con Lenqdon Daun tərəfindən təsvir edilib. Bu sindromun xromosom mənşəyi isə 1959-cı ildə əsaslandırılıb. Statistikaya görə, dünyaya gələn hər 700 uşaqdan biri daun sindromu ilə doğulur. Bu nisbət müxtəlif ölkələrdə, iqlim zonalarında və sosial təbəqələrdə eynidir. Yəni valideynlərin həyat tərzindən, sağlamlığından, yaşından və zərərli vədişlərindən asılı deyil. Bu sindromun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə 47 xromosomun olmasıdır. Yəni hər bir hüceyrədə 46, ya da 20 cütlük var. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.

Harun, Əhməd və Yusif Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində reabilitasiya prosesi keçirlər. Onlarla həmin mərkəzdə görüşüb bacarıqlarına şahidlik etdik, eyni zamanda, valideynləri və pedaqoqları ilə də söhbətləşdik.

Harun Abdulzadənin 11 yaşı var. O, 246 nömrəli məktəbin 4-cü sinfində inklüziv təhsil alır. Müəllimlərinin və dostlarının adını asanlıqla deyə bilir. Yusif, Hüseyn, Ayan onun ən yaxın dostlarıdır. O, riyaziyyatı daha çox sevir. Rəqs etmək onun hobbisidir, eyni zamanda, aktyor olmağa da meyillidir. Harun həftədə iki dəfə mərkəzə gəlir. Mərkəzin müəllimlərindən çox razıdır.

11 yaşlı Yusif Rəhimov da rəqs etməyi sevir, eyni zamanda, şeir deməyi də bacarır. Məktəbdə müəllimlərini və dostlarını çox sevir. Əhməd Qocayev də mahnı oxumağı və şeir deməyi bilir. Onlar bu bacarıqlarını videokameramız vasitəsilə izləyicilərə nümayiş etdirdilər.

Daun sindromlu bu uşaqların şeir deyərkən, mahnı oxuyarkən və rəqs edərkən ətrafa bəxş etdikləri enerji sanki içlərində gizlənmiş kiçik bir günəşin işığı kimi idi. Anaları və müəllimləri isə onlara fəxrlə baxaraq çəkdikləri əziyyətin boşa getmədiyini deyirdilər. Hər birinin gözlündə qürur müşahidə edilirdi. Bu qürur hissinin yaratdığı xoş ab-havadan istifadə edərək Harunun və Yusifin anası ilə söhbətləşirik. Onların daun sindromlu uşaqları olan valideynlərə çağırışı xüsusilə diqqətəlayiqdir.

Harun Əzizə Abdulzadənin ilk övladıdır və Harun anadan olandan sonra onun daun sindromlu olduğunu ailəsi bilib.

“Harun bizim evin mələyidir. O, ən çox rəqs etməyi sevir. Bir də aktyor olmağa meyillidir. Çox rahat, sakit uşaqdır. Hələ indiyə kimi heç kimi incitməyib. Hər zaman gülərüzlüdür. Dərslərini oxumağa o qədər həvəsli deyil. Harun Azərbaycanı çox sevir. O, hər gün şəhidlərimizə ruhuna dualar oxuyur. Harundan sonra 3 övladım dünyaya gəlib. Onların hər biri sağlamdır. İnanın ki, o biri uşaqlar dünyaya gəlmədən öncə biz hər hansı analiz belə vermədik. Yoldaşımla mən Allahımıza sığındıq. Hətta digər uşaqlarımızın da bu sindromla doğulacağını əvvəlcədən bilsəydik belə yenə onları dünyaya gətirəcəkdik. Yəqin elə buna görədir ki, Allah digər övladlarımızı bizə sağlam şəkildə bəxş etdi.

Valideynlərə də məsləhətim odur ki, heç vaxt ümidlərini itirməsinlər. Həmişə bu uşaqların üstündə işləsinlər, o zaman nəticə əldə edəcəklər. Körpəlikdən Harunun üzərində çox əziyyət çəkmişik, şükür ki bu gün əziyyətimizin bəhrəsini görürük”.

Yusifin anası Firəngiz Rəhimova da oğlu anadan olduğu zaman onun daun sindromlu olmasından xəbərsiz olub: “Bir neçə müddət uşaqla birgə xəstəxanada qaldıq. Daha sonra müəyyən analizlər verdik. Analizlərin nəticəsində məlum oldu ki, Yusif daun sindromlu uşaqdır. Biz həmin günə kimi bu xəstəliyin nə olmasından xəbərsiz idik. Ona görə də hamımız təəccüb içində qaldıq. Yusif anadan olandan sonra onunla birgə bunu yaşadıq, eyni yolu addımladıq. O, mənim bu yolda ən yaxşı dostum oldu. İndi də əməyimin nəticəsini çox şükür ki görürəm. Hər kəs Yusifi çox sevdi. Atası da həmişə mənə dəstək oldu. Ailədə hamı mənimlə oldu. Bu gün də hamının qəlbində Yusifin ayrıca yeri var. Yusif ailənin sonbeşiyidir. 3 övladım var.

Yusif məktəbdə təhsil alır, hətta toplama və çıxmanı da bacarır. Şeirlər bilir, rəqs edir. Mən Yusiflə fəxr edirəm ki, o, bütün bunları bacarır. Bütün analara da demək istəyirəm ki, daun sindromlu uşaqlar diqqət və qayğı istəyirlər. Onlara hər zaman qayğı göstərsinlər”.

Mərkəzin tərbiyəçisi, Harun, Əhməd və Yusifin pedaqoqu Lalə Qurbanova Daun Sindromlu Şəxslərin Reablitasiya Mərkəzində 12 ildir ki, fəaliyyət göstərir. O, mərkəzdə 550-dən çox uşağın reabilitasiya prosesi keçdiyini qeyd edib: “Burada pedaqoqlar, loqopedlər çalışır. Həmçinin heykəltaraşlıq, idman, musiqi, əmək, tikiş dərsləri keçirilir. Mövsümə bağlı olaraq uşaqlar təbiətlə ünsiyyətdə olurlar. Bu uşaqların sosial həyata adaptasiyası ilə bağlı işlər aparılır. Özünəqulluq qaydalarını da biz onlara öyrətməyə çalışırıq.

Mərkəzimizə 5 yaşından etibarən qəbul həyata keçirilir. 5 yaşdan 10 yaşa kimi uşaqlar birinci növbənin uşaqlarıdır. İkinci növbə isə 10 yaşdan yuxarı uşaqlardır. Bu mərkəzə gəlmək üçün yuxarı yaş həddi yoxdur. Kim bu sindromdan əziyyət çəkirsə, mərkəzimizə müraciət edə bilər.

Qeyd etməliyəm ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi “Qayğı- Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib”.

Pedaqoqun sözlərinə görə, birinci növbənin uşaqları ilə işləmək daha məsuliyyətlidir, çünki onlar körpə vaxtlarından bura gəlirlər: “Həmin yaşlardakı uşaqlarda özünəqulluq qaydaları demək olar ki, yox səviyyəsində olur. Onlara bu vərdişləri aşılamaq çətindir, eyni zamanda, bizim üçün şərəflidir. Hər bir pedaqoq burada öz məsuliyyətini dərk edərək çalışır. Çünki bu uşaqlar ani hərəkətlərə çox böyük reaksiyalar verə bilərlər. Biz bunları əvvəlcədən bilirik. Aqressiv və sakit təbiətli, ünsiyyətə meyilli və ya ünsiyyət qurmayan uşaqlar var. Mozaik və tipik daun sindromunda olan uşaqlar var. Mozaik tipində olan uşaqlarla işləmək daha rahatdır. Onların qavrama xüsusiyyətləri daha yaxşıdır. Tipik daunlu uşaqlarla işləmək çətindir. Daha çox əmək sərf edirik ki, elementar qaydaları onlara öyrədək.

Valideynlərə məsləhətimiz odur ki, ancaq səbirli olsunlar. Çünki bu uşaqlarla işləmək ancaq səbir və dözüm tələb edir. Bu zaman daha çox nəticə əldə etmək mümkündür. Bizim mərkəzdə 35 yaşında olan gənclərimiz var. Bu uşaqların maraq dairəsi incəsənətə daha yaxındır. Təsviri incəsənət sahələrini, rəqs etməyi daha çox sevirlər. Müəlliminin köməyi ilə xalça toxuyan uşaqlarımız da var. Məsələni həll edən, üzündən sərbəst oxuya bilən uşaqlarımız da var. Biz ən çox onlara yol hərəkət qaydalarını öyrədirik. Çünki böyük yaşda olan uşaqlarımız əsasən valideynləri olmadan mərkəzə gəlirlər. Uşaqların hamısı ilə mehriban, ana qayğısı ilə əhatə olunmuş şəkildə məşğul olmağa çalışırıq”, - deyə L. Qurbanova qeyd edib.

Beləliklə, Harun, Əhməd və Yusif daun sindromlu doğulmalarına baxmayaraq, irəliləməyin mümkün olduğunu, sevgi və dəstək sayəsində isə möcüzələrin gerçəyə çevrildiyini sübut edirlər. Onların hekayəsi cəmiyyətdə inklüzivliyin nə qədər vacib olduğunu xatırladır və bizə bacarıqların məhdudiyyətlərlə ölçülmədiyini növbəti dəfə nümayiş etdirir. Bu üç uşağın hekayəsi yalnız fərdi uğur deyil, həm də valideyn əməyinin nəticəsidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar dünyaya gələndə valideynlərdə çaşqınlıq, narahatlıq və qorxu hissi təbiidir. Ancaq valideynlər belə doğulan uşaqlarına öz potensialını göstərmək üçün şans verməli, qapıları hər zaman açıq saxlamalı, baxışlarını məhdudiyyətlərə yox, imkanlara yönəltməlidirlər. Unutmamalıyıq ki, belə uşaqlar sevgini, diqqəti və anlayışı hər kəsdən daha çox hiss edir və bu qayğı onlara inanılmaz güc verir.

 

 

 

 

Sevgi ilə böyüyən ümidlər: daun sindromlu Harun, Əhməd və Yusifin hekayəsi -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər