Svetlana İmankulova: Qazaxıstan və Azərbaycan dərin mənəvi bağlara malik iki dost və tərəfdaş ölkədir VİDEO
Bakı, 2 dekabr, AZƏRTAC
Qazaxıstan və Azərbaycan yaxın tarixi köklərə, oxşar mədəniyyətlərə və dərin mənəvi bağlara malik iki dost və tərəfdaş ölkədir. Bugünkü forum həmkarlar ittifaqları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni təşəbbüslərin birgə inkişaf etdirilməsi üçün geniş imkanlar açır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Mədəniyyət, İdman, Turizm və İnformasiya Sahəsi İşçilərinin Sənaye Həmkarlar İttifaqı İctimai Birliyinin sədri Svetlana İmankulova “Həmkarlarla 120 il” yubiley tədbirində söyləyib.
O, mədəniyyət işçilərinin peşəkar statusunun artırılması, yaradıcı mütəxəssislərin hüquqlarının qorunması və sektor üzrə standartların təkmilləşdirilməsi istiqamətində əməkdaşlığı daha da gücləndirməyə sadiq olduqlarını vurğulayıb. “Məqsədimiz mədəniyyət və incəsənətin inkişafına hər gün töhfə verən insanlara layiqli, təhlükəsiz və ədalətli əmək şəraiti yaradılmasına nail olmaqdır”, - deyə S.İmankulova əlavə edib.