Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndidə “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” müzakirə olunub VİDEO

Xankəndi, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Energetika Nazirliyi və nazirliyin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar" mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov bildirib ki, bugünkü tədbir təkcə enerji məsələlərinin müzakirəsi deyil, Azərbaycanın yeni inkişaf fəlsəfəsinin, Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyasının və ölkəmizin yaşıl transformasiya vizyonunun elmi və strateji baxışlarla birləşdirən mühüm platformadır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru “Yaşıl enerji zonası” elan etməklə yeni və strateji bir səhifə açıb. Bu yanaşma təkcə dövlət qurumları üçün deyil, ali təhsil müəssisələri, xüsusilə Qarabağ Universiteti üçün yeni məsuliyyət və imkanlar yaradır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, aparılan bərpa və quruculuq işləri ekoloji standartlara uyğun, “Yaşıl enerji zonası” konsepsiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Vurğulayıb ki, görülən işlərin əsas məqsədi vətəndaşların doğma yurdlarına təhlükəsiz və etibarlı şəkildə qayıdışı üçün əlverişli şəraitin yaradılmasıdır. S.Qəhrəmanov qeyd edib ki, hazırda azad edilmiş ərazilərə köç prosesi uğurla davam edir və məskunlaşmış əhalinin sosial adaptasiyası, iqtisadi fəallığının artırılması məqsədilə dövlət tərəfindən geniş dəstək mexanizmləri tətbiq olunur. Peşə hazırlığı, özünüməşğulluq proqramları, subsidiyalar, güzəştli kreditlər, investisiya təşviqi mexanizmləri və sosial-psixoloji dəstək tədbirləri bölgənin dayanıqlı inkişafına mühüm töhfə verir.

Xüsusi nümayəndənin müavini həmçinin bildirib ki, işğal dövründə bölgənin ekosisteminə və xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi ziyan vurulub. Azad edilmiş ərazilərin bərpası çərçivəsində biomüxtəlifliyin qorunması, yeni yaşıllıq sahələrinin salınması, parkların yaradılması və xüsusi mühafizə olunan ərazilərin fəaliyyətinin bərpası istiqamətində ardıcıl işlər aparılır. Bununla yanaşı, bərk məişət tullantılarının idarə olunması, enerji səmərəliliyinin artırılması və yaşıl texnologiyaların tətbiqi üzrə qiymətləndirmə və koordinasiya tədbirləri həyata keçirilir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxışında Qarabağ və Şərqi Zəngəzur regionlarının Azərbaycanın bərpa olunan enerji potensialı baxımından ən perspektivli bölgələrindən biri olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji zonası” elan olunub və beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə “Yaşıl enerji zonası” Konsepsiyası hazırlanıb. Bu çərçivədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib və icrası davam etdirilir.

Cavid Abdullayev diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, tikililərin damlarında Günəş panellərinin quraşdırılması, elektriklə işləyən nəqliyyat vasitələrindən, həmçinin küçələrin və yolların işıqlandırılmasında Günəş enerjisi ilə işləyən LED lampalardan, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, “ağıllı” enerji idarəetmə texnologiyalarının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub.

Onun sözlərinə görə, yeni salınan yaşayış məntəqələri, sosial obyektlər və sənaye parkları müasir enerji standartlarına uyğun layihələndirilir və “yaşıl enerji” modelinin tətbiqi üçün səmərəli infrastruktur yaradılır. Həyata keçirilən layihələr Qarabağ bölgəsinin ölkənin dayanıqlı və innovativ enerji mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.

Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Yaşıl enerji zonası” Konsepsiyası” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra “Qarabağ və Şərqi Zəngəzur: Yaşıl enerji zonası konseptini qlobal brendə çevirən məkan”, “Yaşıl enerji zonası” Konsepsiyası çərçivəsində görülmüş işlər”, “İşğaldan azad edilmiş ərazilərin regional dəhlizlərin reallaşmasındakı rolu” mövzularında panel müzakirələri aparılıb.

Tədbir işini sabah “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji və səmərəlilik üzrə gələcək planlar” mövzusunda panel müzakirəsi ilə davam etdirəcək.

Xankəndidə “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO