Paytaxt sakini: Xocalı faciəsi heç vaxt unudulmayacaq VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsi Azərbaycan xalqının ən dərin yaralarından biridir və qan yaddaşımızda əbədi iz buraxıb. Biz bu faciəni heç vaxt unutmayacağıq. Nə qədər ki, Azərbaycan xalqı var, Xocalı faciəsinin xatirəsi də unudulmayacaq. Bu dəfə isə, 5 il bundan əvvəl olduğu kimi, Zəfərimizi Ali Baş Komandanın rəhbərliyi ilə böyük qürurla qeyd etdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Nizami rayon Keşlə bələdiyyəsinin sədr müavini İradə Həsənova bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan xalqı özünü xoşbəxt sayır, çünki Xocalı faciəsinin qisası alınıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Xocalı faciəsinin qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmayıb. Ona görə də biz bu gün həm xoşbəxt, həm də qürurluyuq.
“Dünya dövlətləri artıq Azərbaycanla hesablaşır, çünki bizim Zəfərimiz həqiqətən də təqdirəlayiqdir. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq”, - deyə İradə Həsənova qeyd edib.