Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib VİDEO

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib VİDEO

Bakı, 8 may, AZƏRTAC

Bu gün “Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, layihə “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

“Bakı–Xırdalan–Sumqayıt” xətti üzərində inşa edilən “Dərnəgül” dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək.

Qatarlar Bakı Dəmiryol Vağzalından “Dərnəgül” dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək.

“Dərnəgül” dayanacağında digər ictimai nəqliyyat növlərinə inteqrasiya olunmuş asan transfer imkanlarının yaradılması sərnişin axınının birbaşa mərkəzə yönəlməsinin qarşısını alaraq Bakı Dəmiryol Vağzalı və “28 May” metro stansiyası ərazisindəki yüklənməni, xüsusilə pik saatlarda müşahidə olunan nəqliyyat və piyada sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda, ictimai nəqliyyat şəbəkəsində balansı gücləndirərək vətəndaşların vaxtına qənaət etməklə paytaxt üzrə ümumi mobilliyi və əlçatanlığı artıracaq. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, “Dərnəgül” dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.

İlk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi proqnozlaşdırılır. 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı gözlənilir.

Beləliklə, “Dərnəgül” dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb. Bu strateji layihənin tamamlanması Dərnəgül ərazisində yaşayan və işləyən əhali üçün komfortlu və sürətli nəqliyyat imkanları yaratmaqla yanaşı, paytaxtın ümumi nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük töhfə verəcək.

Qeyd edək ki, son illərdə ADY Abşeron dairəvi marşrutunun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə mühüm işlər görüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb. Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə reys sayı 66-dan 96-ya çatdırılıb.

Dövlət Proqramında, həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyunca mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur. Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. ADY tərəfindən dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur.

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.

Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq.

Həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır.

Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq.

Videooperator - Mirrəsul Cəfərov

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər

Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri WUF13-ün üstünlüklərindən danışıb

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub

Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur

Şəki-Oğuz sərhədində zəlzələ qeydə alınıb

Heydər Əliyev siyasi irsi və müasir Azərbaycanın şəhərsalma strategiyasının qlobal kontekstdə inkişafı ŞƏRH

Milli Qurtuluşdan tarixi Zəfərə: Əbədiyaşar ideyaların təntənəsi

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Bu il Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur VİDEO

Heydər Əliyev adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynayır-Mediatur VİDEO

Roland Hofer: Yenidən Azərbaycanda olduğuma görə xoşbəxtəm

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləridir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər YENİLƏNƏCƏK

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

Ulu Öndərin xatirəsinə həsr olunan stolüstü tennis turnirində 17 məktəbli mübarizə aparıb

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

Praqa hava limanında dron insidenti uçuşları pozub

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır VİDEO

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

Gəncədə Ulu Öndərin şəhərin memarlıq mühitindəki rolundan bəhs olunub

Yuri Boçarov: Azərbaycanın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı unudulmamalıdır

Sabunçuda Ulu Öndərin doğum günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyin indiyədək 5 minə yaxın məzunu olub VİDEO

Xalqımızın qəlbində yaşayan əbədi lider

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün interaktiv təlim təşkil olunub

Ulu Öndərin xatirəsinə həsr olunan şahmat turniri təşkil edilib

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevə həsr olunan kitab təqdim edilib VİDEO

İkinci Dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Sabah hava əsasən yağmursuz olacaq

Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub

FHN: Mingəçevirdə hoteldə baş verən yanğın söndürülüb

Türkiyədə Azərbaycan Kino Günləri davam edir

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Ümummilli Liderin əsasını qoyduğu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ordumuza peşəkar zabitlər yetişdirir- REPORTAJ VİDEO

Bu saata olan əsas xəbərlər

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər VİDEO

Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək

Cəlilabadda mübahisə qanlı hadisə ilə nəticələnib

Xalqa bağışlanan ömür

Ulu Öndərin ildönümü ilə əlaqədar hərbi liseylərə mediaturlar təşkil edilib

Akademik: Ümummilli Liderin ekoloji siyasəti də onun uzaqgörən dövlət xadimi olduğunu parlaq şəkildə göstərir

Ağstafa rayonu Köhnəqışlaq kəndinə xırdaölçülü dolu düşüb- FAKTİKİ HAVA

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycan Tibb Universiteti ilə Yozqat Bozok Universiteti arasında memorandum imzalanıb

Ümummilli Liderin Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyi başa çatıb

Həyatını xalqına həsr etmiş lider

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

Səfir Aşqabadda yaşayan 100 yaşlı müharibə veteranı Tahirə Əliyevanı ziyarət edib

Heydər Əliyevin natiqlik məharəti milli sərvət kimi dəyərləndirilir

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib VİDEO

Heydər Əliyevin iqtisadi strategiyası: müasir Azərbaycanın inkişaf modeli

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

Bəşəriyyət üçün dahilik nümunəsi

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

Faşizm üzərində Qələbənin 81-ci ildönümüdür VİDEO

CNN: İranın Ali Rəhbəri hələ də Tehranın hərbi strategiyasını formalaşdırır

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Tramp: Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatı bərpa oluna bilər

ABŞ Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib, iki nəfər ölüb

Tramp: İrandan tezliklə cavab gözləyirik

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

İsrail və Livan arasında “hərtərəfli sülh sazişi” üzrə danışıqlar aparılacaq

Qulaqlıq istifadəçilərinə elektrik cərəyanı vurma riski ilə bağlı xəbərdarlıq edilib

Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi planlaşdırır

Danimarka hökumətinin gələcəyi qeyri-müəyyən olaraq qalır

WSJ: ABŞ-İran danışıqları gələn həftə İslamabadda bərpa oluna bilər

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb

Rahibə Əliyeva: Əcəmi Naxçıvani Azərbaycan memarlığında intibah dövrünün əsas simalarındandır

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

“Əl-Hilal” Səudiyyə Ərəbistanı Kral Kubokunun qalibi olub

Balakəndə 68 şahmatçı 3 yaş qrupunda mübarizə aparıb

Azərbaycanda dövlət quruculuğunun inkişafı Ulu Öndərin adı ilə bağlıdır

NDU-nun magistratura səviyyəsi üzrə 30-a yaxın yeni ixtisasın açılması nəzərdə tutulur

Naxçıvanda “Şərqin qapısı” teatr festivalı başlayıb

Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib

Gülbacı İmanova: Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyi konsert proqramları ilə qeyd olunur

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

Ulu Öndərin xatirəsi Türkmənistanda anılıb

Yanq Tae Kim: Azərbaycanın ITF-ə sədrliyi həqiqətən uğurlu oldu və mən bundan çox məmnunam VİDEO

Yanq Tae Kim: Azərbaycanın ITF-ə sədrliyi həqiqətən uğurlu oldu və mən bundan çox məmnunam VİDEO

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib

Bakı Musiqi Akademiyasında “Nəriman Həsənzadə – 95” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanın paraüzgüçüsü Dünya seriyasında bürünc medal qazanıb

DTX-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Sergey Kislitsa: Ukrayna Bakıda keçiriləcək WUF13-də yüksək səviyyədə təmsil olunacaq

ADY sədri: Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir - EKSKLÜZİV VİDEO

ADY sədri: Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir - EKSKLÜZİV VİDEO

Bəstəkarlar İttifaqında tədbir - Heydər Əliyev və musiqi mədəniyyəti

Şimal istiqaməti və Bakı-Xankəndi marşrutu üzrə gündəlik qatar marşrutunun istifadəyə verilməsi nəzərdə tutulub - EKSKLÜZİV VİDEO

Şimal istiqaməti və Bakı-Xankəndi marşrutu üzrə gündəlik qatar marşrutunun istifadəyə verilməsi nəzərdə tutulub - EKSKLÜZİV VİDEO

Premyer Liqa: Çempion “Kəpəz”ə uduzub

Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanıb

Yevlaxda yeni yaşıllıqlar salınıb

BMT: Somalidə aclıq böhranı kritik həddə çatıb

ADY sədri: Məqsədimiz yük sahiblərini və sərnişinlərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

ADY sədri: Məqsədimiz yük sahiblərini və sərnişinlərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Elbrus İsayev: Naxçıvan Dövlət Universitetinin kampusunun yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Rövşən Rüstəmov: Dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sərnişinlərə ciddi təhdiddir - EKSKLÜZİV VİDEO

Rövşən Rüstəmov: Dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sərnişinlərə ciddi təhdiddir - EKSKLÜZİV VİDEO

Yaponiyalı nazir müavini: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə strateji əhəmiyyətə malikdir VİDEO

Yaponiyalı nazir müavini: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə strateji əhəmiyyətə malikdir VİDEO