Arnold Allen: Nazim Sadıxovun çıxışlarını bəyənirəm VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan gözəl ölkədir. Şəhəriniz və insanlarımız haqqında çox xoş təəssüratlarım var. Azərbaycana ilk səfərim olsa da, burada özümü rahat hiss edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA döyüşçüsü Arnold Allen jurnalistlərə açıqlamasında deyib.
Arnold Allen azərbaycanlı döyüşçü Nazim Sadıxovun çıxışlarını bəyəndiyini də vurğulayıb: “Nazim Sadıxovu çox bəyənirəm. O, çox güclü döyüşçüdür. İnanıram ki, bizi maraqlı UFC gecəsi gözləyir. Gecənin əsas döyüşünə gəlincə, məncə, tərəflərin şansları bərabərdir”.
O, futbolu çox izləmədiyini, daha çox döyüş idman növlərinə maraq göstərdiyini də qeyd edib.
Xatırladaq ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [17:05]
Futbol üzrə ikiqat Avropa çempionu karyerasını başa vurub
- 02.07.2026 [16:07]
“Qəbələ” milli komandanın qapıçısı ilə müqavilənin müddətini uzadıb
- 02.07.2026 [16:04]
Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib VİDEO
- 02.07.2026 [15:25]
Premyer Liqa klubu futbolçusu ilə müqaviləni yeniləməyib
- 02.07.2026 [15:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
- 02.07.2026 [15:02]