İşçi qrupunun rəhbəri: “Yüksəliş” müsabiqəsində xanım iştirakçıların sayının artmasını arzulayırıq VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Biz çox istərdik ki, “Yüksəliş” müsabiqəsində xanımların sayı daha çox olsun. Lakin bu proses təkcə bizdən asılı deyil.
AZƏRTAC xəbər verir ki, bunu müsabiqənin işçi qrupunun rəhbəri Fərhad Hacıyev final mərhələsinin açılış mərasimində çıxış edərkən deyib. O bildirib ki, altıncı “Yüksəliş” müsabiqəsinə 17 mindən çox müraciət daxil olub və final mərhələsində 130 nəfər iştirak edir.
F.Hacıyev qeyd edib ki, finalçılardan 26-sı qadın, 104-ü isə kişidir. Onun sözlərinə görə, qadın iştirakçıların sayının az olması təşkilat komitəsini də narahat edir.
İşçi qrupunun rəhbəri əlavə edib ki, finalçılar arasında əsas üstünlük təşkil edən yaş qrupları 21-30 və 31-40 yaş aralığıdır. Yalnız 3 iştirakçı 41-51 yaş qrupunu təmsil edir.
Müxbirlər - Günel Türksoy, Nərmin Murad
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Mir Rəsul Cəfərov