Naxçıvan şəhərində minik avtomobili yanıb VİDEO
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvan şəhərində “Geely” markalı minik avtomobili yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Əliqulu Qəmküsar küçəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yanaraq kül olub, yaxınlıqdakı ağaca ciddi ziyan dəyib.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub. Yanğının səbəbləri araşdırılır.
Müxbir - Nail Əsgərov