FHN: Qarabağ kanalında batan şəxsin axtarışları davam edir VİDEO
Bakı, 19 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə iyulun 17-də Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:42]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:24]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO
- 07.08.2026 [21:15]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]