Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada çay plantasiyalarında üçüncü məhsul yığımı aparılır FOTO VİDEO

Zaqatala, 21 iyul, AZƏRTAC

Zaqatala rayonunun kənd təsərrüfatında ənənəvi və köklü sahələrdən biri çayçılıqdır. Keçən əsrin 70–80-ci illərində rayon ərazisində 90 hektar məhsuldar çay plantasiyası var idi. Həmin illərdə plantasiyalardan hər il 200 tondan artıq yaşıl çay yarpağı tədarük edilir, 60–65 ton yüksəkkeyfiyyətli qara çay emal olunaraq Bakı və Lənkəran şəhərlərindəki çayçəkici fabriklərə göndərilirdi. Lakin sonrakı dövrlərdə müəyyən səbəblərdən çay istehsalı kəskin şəkildə azalmağa başladı.

Bu gün isə həmin zəngin ənənə yenidən inkişaf etdirilir. Dövlət proqramlarının uğurlu icrası rayonda digər sahələrlə yanaşı, çayçılığın da inkişafına yeni təkan verir. Hazırda Zaqatalada 40 hektar məhsuldar çay plantasiyası mövcuddur.

AZƏRTAC-ın bölgə müxbiri kimi mənzərəni yerindəcə müşahidə etmək üçün çay bağlarına üz tuturuq. Yaşıl örtüyə bürünmüş bu plantasiyalar əsasən rayonun Qazangül qəsəbəsi ərazisində, uca dağların qoynunda yerləşir. Hazırda bağlarda mövsümün 3-cü dəfə məhsul yığımı həyata keçirilir. Çayçılar bir tərəfdən yetişən təravətli yaşıl çay zoğlarını dərir, digər tərəfdən lazımsız hissələri təmizləyərək təbii gübrə kimi çay kollarının dibinə atırlar. Zəhmətkeşlər bildirirlər ki, son illərdə hava şəraiti heç vaxt builki qədər əlverişli olmayıb.

Çay plantasiyalarında iş səhərin erkən saatlarından, Günəşin ilk şüaları ilə başlayır. On ildən çoxdur bu təsərrüfatda çalışan Nəzakət Məmmədova ilə iş başında söhbətləşirik. O, bu il havaların yağıntılı keçməsinin məhsuldarlığa çox müsbət təsir etdiyini və artıq 3-cü dəfə dərimə çıxdıqlarını deyir. Nəzakət xanım xüsusilə vurğulayır ki, çay yarpaqlarının daha zərif və keyfiyyətli hissəsini dərirlər. Çünki onun dadı və ətri tamam başqa olur.

Əlbəttə, bu keyfiyyəti əldə etmək asan deyil. Təsərrüfatlarda hər bir çay yığan qadın, ilk növbədə, aqrotexniki qaydalara ciddi əməl etməli, yığdığı yaşıl çayın yüksək keyfiyyətinə əmin olmalıdır. Məhsuldarlığı artıran digər bir amil isə modern yanaşmadır, belə ki, plantasiyada suvarma sistemləri də quraşdırılıb. Təsərrüfat sahibi Mətanət Hüşənova bu il daha bir dəfə çay yarpağı yığacaqlarına inanır. Çünki həm əlverişli hava şəraiti, həm də sahədə qurduğu suvarma sistemləri bol məhsul üçün möhkəm zəmin yaradır.

Plantasiyaları gəzərkən çay fasiləsinə çıxan insanlarla da qarşılaşırıq. Bir neçə saatlıq gərgin işdən sonra öz əlləri ilə yetişdirib dərdikləri və müəssisədə emal olunan təbii çayı dəmləyərək səhər yeməyinə əyləşən qrup üzvləri bizi gülərüzlə qarşılayırlar. Məktəb illərindən çayçılıq təsərrüfatında çalışan Məhəbbət Quliyeva bu gün bir ailə başçısı kimi bu işi şərəflə devam etdirdiyini, bundan böyük zövq aldığını bildirir: “30 ildir bu sahələrdən çay yığıram. Bu il nadir illərdəndir ki, belə gözəl və bərəkətli çay əldə edirik. Məhsulumuz boldur, işimizdən razıyıq. İstərdik ki, çay plantasiyalarının sahəsi daha da artırılsın, il boyu işləyib ailəmizi rahat dolandıraq”.

Məhəbbət xanım ilk çay yığımlarında bir tondan artıq məhsul toplayaraq satdığını və hazırda da hər gün 70–80 kiloqram çay yarpağı yığdığını qeyd edir.

O, əlindəki çay stəkanını bizə göstərərək deyir: “Baxın, bu pürrəngi çayı öz təsərrüfatımızdan yığmışıq. Heç bir kimyəvi tərkibi yoxdur, ətrafa yayılan xoş qoxusu kimi dadı da tamam başqadır. Hər kəs bilir ki, çay dəmləmək də bir mədəniyyətdir. Zaqatala çayını da qaydasında, tamında dəmləyəndə ətri hər yana yayılır. Hiss edirsən ki, əlavə qatqısız, təbii çay içirsən”. Məhəbbət xanım bizi də dağ havasında dəmlənmiş isti çaya qonaq edir.

Məhsulun bu dərəcədə keyfiyyətli olmasının arxasında düzgün təşkilatçılıq da dayanır. Keçmişdə olduğu kimi, bu gün də fermerlər ilin əvvəlində qarşılıqlı anlaşma əsasında müqavilə bağlayırlar. Məqsəd yetişdirilən məhsulun normativ qaydalara uyğun, itkisiz toplanaraq çay müəssisəsinə təhvil verilməsidir.

Digər təsərrüfat rəhbəri Pərviz Şabanov bu mövsümün xüsusiyyətlərindən danışır. Qeyd edir ki, may ayında havaların kəskin soyuması və aramsız yağışlar ilkin mərhələdə inkişafa təsir edib: “Çay yağış sevsə də, soyuğu sevmir. Temperatur 17–18 dərəcədən aşağı düşəndə bitki məhsul verməkdə gecikir. Lakin hazırda hava şəraiti çox yaxşıdır, temperatur qalxıb, torpaqda yetərincə nəmlik var. Bir sözlə, çay üçün ən optimal dövrdür və havaların belə keçməsi məhsuldarlığı daha da artıracaq”.

Təsərrüfat rəhbəri onu da əlavə edir ki, Zaqatala çayı əsasən daxili bazarda böyük tələbatla satılır. Xarici bazarlardan da təkliflər gəlir, lakin həcm hələlik yetərli deyil: “Xarici tərəfdaşlarla işləmək üçün çay sahələrimizi genişləndirməliyik. Məhsulumuz çoxaldıqca xarici bazara çıxışımız da reallaşacaq”.

Diqqətçəkən məqamlardan biri də fərdi təsərrüfatların aktivliyidir. Burada fərdi çayçılıqla məşğul olanlar da az deyil və onlar yığdıqları məhsulu müəssisəyə təhvil verirlər. Hər il bu fərdi sahələrdən 20–25 ton yaşıl çay tədarük olunur. Müasirləşmə bu sahədən də yan keçmir, ərazinin bir hissəsində artıq damcı suvarma sistemi tətbiq olunub. Növbəti illərdə fərdi təsərrüfat sahibləri ilə razılıq əldə edilərək, bu sistemin bütün plantasiyalarda yayılması planlaşdırılır.

Çayçılıq həm də böyük səbir və sərmayə tələb edən sahədir. Mütəxəssislərin bildirdiyinə görə, yeni çay bağlarının salınması 60–70 min manata başa gəlir. Çünki çay kolları əkiləndən yalnız 8–10 il sonra bar verməyə başlayır, tam barvermə dövrü isə 20–25 il çəkir.

Beləliklə, Zaqatala dağlarının ətəyində çayçılıq ənənəsi təkcə bərpa olunmur, həm də yeni texnologiyalarla modernləşir. Zəhmətkeş sakinlərin əməyi, dövlət dəstəyi və müasir suvarma sistemləri göstərir ki, Zaqatala çayı tezliklə nəinki ölkəmizin hər bir süfrəsində öz layiqli yerini tutacaq, həm də xarici bazarlarda brendə çevrilmək potensialını tam reallaşdıracaq.

Müxbir - Rasim İslamoğlu

Zaqatalada çay plantasiyalarında üçüncü məhsul yığımı aparılır FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb